Nida hərfinin hazfi
وَ يُحْذَفُ حَرْفُ النِّدَاءِ مِنَ الْمُنَادَى الْعَلَمِ، نَحْوُ قَوْلِهِ تَعَالَى؛ يُوسُفُ أَعْرِضْ عَنْ هَذَا يوسف ٢٩. وَ مِنَ الْمُنَادَى الْمُضَافِ، نَحْوُ قَوْلِهِ تَعَالَى؛ فَاطِرَ السَّمَوَاتِ وَ الْأَرْضِ يوسف ١٠١. وَ لاَ يُحْذَفُ مِنِ اسْمِ الْجِنْسِ، فَلاَ يُقَالُ؛ رَجُلُ، فِي يَا رَجُلُ
وَ يُحْذَفُ və hazf edilir, حَرْفُ النِّدَاءِ nida hərfi, مِنَ الْمُنَادَى الْعَلَمِ alim olan münadadan, نَحْوُ قَوْلِهِ تَعَالَى Allah-Təalanın bu sözündə olduğu kimi; يُوسُفُ أَعْرِضْ عَنْ هَذَا “Yusif, bundan üz çevir” Yusif 29 ayəsində olduğu kimi. وَ مِنَ الْمُنَادَى الْمُضَافِ və muzaf olan münadadan da nida hərfi hazf edilir, نَحْوُ قَوْلِهِ تَعَالَى Allah-Təalanın bu sözündə olduğu kimi; فَاطِرَ السَّمَوَاتِ وَ الْأَرْضِ “Göylərin və yerin yaradıcısı!” Yusif 101 ayəsində olduğu kimi. وَ لاَ يُحْذَفُ və hazf edilmir, مِنِ اسْمِ الْجِنْسِ cins isim olan münadadan nida hərfi, فَلاَ يُقَالُ belə deyilmir, nidayı hazf edib رَجُلُ “Ey adam” kimi deyilmir, يَا رَجُلُ tərkibindən
Nida Hərfinin Hazfi
Münada alim isim olanda nida hərfi hazf edilə bilər, misal:
يُوسُفُ أَعْرِضْ عَنْ هَذَا
“Yusif, bundan üz çevir” ayəsində يُوسُفُ sözü alim isimdir və əvvəlində nəzərdə tutulan يَا nida hərfi hazf edilmişdir, ayənin nəzərdə tutulan forması:
يَا يُوسُفُ أَعْرِضْ عَنْ هَذَا
“Ey Yusif! Bundan üz çevir” şəklindədir.
Münada muzaf olanda nida hərfi hazf edilə bilər, misal:
فَاطِرَ السَّمَوَاتِ وَ الْأَرْضِ
“Göylərin və yerin yaradıcısı!” ayəsində فَاطِرَ sözü muzafdır və əvvəlində nəzərdə tutulan يَا nida hərfi hazf edilmişdir, ayənin nəzərdə tutulan forması:
يَا فَاطِرَ السَّمَوَاتِ وَ الْأَرْضِ
“Ey göylərin və yerin yaradıcısı!” şəklindədir.
Münada cins isim olanda nida hərfi hazf edilmir, misal:
يَا رَجُلُ
“Ey adam” ifadəsində nida hərfi hazf edilərək təkcə رَجُلُ deyilmir.