Əlif-Lamlı Münadanın İrabı

وَ الْتَزَمُوا رَفْعَ الرَّجُلِ لِأَنَّهُ الْمَقْصُودُ بِالنِّدَاءِ وَ الْمُبْهَمُ لِلتَّوَصُّلِ

وَ الْتَزَمُوا lazım bildilər, رَفْعَ الرَّجُلِ əvvəlki dərsdə verilən يَا أَيُّهَا الرَّجُلُ tərkibindəki münada olan رَجُلْ sözünün ref olmasını, لِأَنَّهُ الْمَقْصُودُ çünki münada məqsəd olunan şeydir, بِالنِّدَاءِ nida ilə, وَ الْمُبْهَمُ mübhem söz isə, لِلتَّوَصُّلِ münadaya çatmaq üçün gətirilir.

Əlif-Lamlı Münadanın İrabı

Əlif lam ilə müəyyən olan və يَا أَيُّهَا الرَّجُلُ tərkibindəki الرَّجُلُ sözünün ref əlaməti almasını lazım bilmişlər. Çünki nida ilə məqsəd olunan şey münadadır və mübhem söz isə münadaya çatmaq üçün gətirilir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Əlif-Lamlı Münadanın İrabı
🎓
Xoş gəldiniz! Sual soruşun!