Mədmum Münada
مُنَادَى الْمَضْمُومُ
وَ أَمَّا الْمُنَادَى الْمُفْرَدُ الْمَعْرِفَةُ فَمَضْمُومٌ، نَحْوُ؛ يَا زَيْدُ وَ يَا رَجُلُ
وَ أَمَّا الْمُنَادَى və münadaya gəldikdə, الْمُفْرَدُ müfrəd, الْمَعْرِفَةُ mərifə, فَمَضْمُومٌ o halda damməli olur, نَحْوُ misalı belədir; يَا زَيْدُ “Ey Zeyd” və يَا رَجُلُ “Ey adam” kimi.
Madmum Münada
Münada əgər müfrəd mərifə bir söz olarsa, o halda damməli olur, misalları;
يَا زَيْدُ
“Ey Zeyd” və,
يَا رَجُلُ
“Ey adam” ifadələrindəki زَيْدُ və رَجُلُ sözləri kimi. Burada səslənilən زَيْدُ tanınan birisidir, artıq alimdir, رَجُلُ sözü isə səslənilən adam da tanınan birisidir. Azərbaycan türkcəsində “Bu işi gör, ay adam” kimi bir cümlə qurulsa, bu cümlədəki “adam” sözü tanınan birisi üçün istifadə olunur. Yəni “Qarşımdan bir adam keçdi” kimi tanınmayan bir adam nəzərdə tutulmur. Bu səbəbdən mərifə və müfrəd olan münadalar damməli olur. Çünki dammə mərifəyə uyğun bir əlamətdir.