Münadanın Sifəti

صِفَةُ الْمُنَادَى

وَ فِي صِفَتِهِ الْمُفْرَدَةِ الْمَعْرِفَةِ الرَّفْعُ {تَبْعًا عَلَى اللَّفْظِ} وَ النَّصْبُ {حَمْلاً عَلَى الْمَحَلِّ}، نَحْوُ؛ يَا زَيْدُ الظَّرِيفُ وَ يَا زَيْدُ الظَّرِيفَ

وَ فِي صِفَتِهِ və münadanın sifəti, الْمُفْرَدَةِ الْمَعْرِفَةِ müfrəd mərifə olan münada, الرَّفْعُ rəf əlaməti alır, تَبْعًا عَلَى الْمَحَلِّ münadanın sifəti münadanın ləfzına tabe olmaq mövzusunda, yəni klassik sifət-məvsuf kimi, وَ النَّصْبُ və ya nəsb olur, حَمْلاً عَلَى الْمَحَلِّ münadanın məhəlli üzərinə haml edilir, yəni münada əslən mənsubdur, o baxımdan sifəti də mənsub olur, نَحْوُ misalları belədir; يَا زَيْدُ الظَّرِيفُ “Ey zərif Zeyd” və يَا زَيْدُ الظَّرِيفَ “Ey zərif Zeyd” kimi.

Münadanın Sifəti

Müfrəd mərifə münadanın sifəti rəf və nəsb əlaməti alır. Müfrəd mərifə münadanın sifətini əgər münadaya tabe edib sifət-məvsuf əlaqəsi qurarsaq, belə bir münadanın sifəti rəf əlaməti ilə dammə olur. Çünki əvvəlki dərsdə müfrəd mərifə münadanın mədmum olduğunu qeyd etdik, misal;

يَا زَيْدُ الظَّرِيفُ

“Ey zərif Zeyd” tərkibində يَا nida hərfi, زَيْدُ ləfzı müfrəd və mərifə olduğu üçün mədmum münada, الظَّرِيفُ ləfzı da münadanın sifəti olub onun irabına tabe olmaq üzrə damməli gəlir.

Əgər müfrəd mərifə münadanı əslən mənsub düşünürsək ki, münadanın irabı əslən nəsb əlamətidir, o halda sifətini də bu əsl olana haml edib nəsb əlaməti ilə oxuya bilərik, misal;

يَا زَيْدُ الظَّرِيفَ

“Ey zərif Zeyd” tərkibində يَا nida hərfi, زَيْدُ ləfzı müfrəd mərifə münada, təbii ki, damməli, lakin əslən münada olmaq baxımından mənsubluğu gizli, الظَّرِيفَ ləfzı isə münadanın sifəti və əslən nəsb əlamətinə sahib olan münadanın bu nəsb əlamətinə haml edilərək mənsub oxunmuşdur.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Münadanın Sifəti
🎓
Xoş gəldiniz! Sual soruşun!