Münada
اَلْمُنَادَى
وَ مِنْهُ الْمُنَادَى؛ وَ هُوَ الْمَطْلُوبُ إِقْبَالُهُ بِحَرْفٍ نَائِبٍ مَنَابَ أَدْعُو لَفْظًا، نَحْوُ؛ يَا زَيْدُ أَوْ تَقْدِيرًا، نَحْوُ قَوْلِهِ تَعَالَى؛ يُوسُفُ أَعْرِضْ عَنْ هَذَا يوسف ٢٩
وَ مِنْهُ الْمُنَادَى və amili gizli olan, yəni felin müqəddər olduğu mefulü bih’dən biri də münada olan kəlimədir. وَ هُوَ və münada olan kəlimə, الْمَطْلُوبُ tələb olunandır, إِقْبَالُهُ onun yönəlməsi, بِحَرْفٍ نَائِبٍ əvəz edən bir hərf ilə, مَنَابَ أَدْعُو "çağırıram" felinin yerinə keçən, لَفْظًا ləfz olaraq, نَحْوُ misalı belədir; يَا زَيْدُ "Ey Zeyd" kimi, أَوْ تَقْدِيرًا və ya təqdirən, نَحْوُ قَوْلِهِ تَعَالَى Allah-Təalanın sözündə olduğu kimi; يُوسُفُ أَعْرِضْ عَنْ هَذَا "Yusuf, bundan üz çevir" Yusuf 29
Münada (Çağırılan)
Amili (feli) gizli (müqəddər) olan mefulü bih’dən biri də münadadır. Yəni münada "çağırılan" olan kəlimə gizli bir amil vasitəsilə mənsub meful olur.
Münada: Ləfzli və ya təqdirli olaraq أَدْعُو "Çağırıram" felinin yerinə keçən (əvəz edən) bir hərf ilə yönəlməsi istəniləndir.
أَدْعُو felinin yerinə keçən hərf (nida hərfi) ya ləfzli olur, misalı;
يَا زَيْدُ
"Ey Zeyd" kimi. Bu tərkibdə يَا ləfzı nida hərfidir, زَيْدُ ləfzı isə münadadır.
أَدْعُو felinin yerinə keçən hərf (nida hərfi) ya da təqdirli olur, misalı;
يُوسُفُ أَعْرِضْ عَنْ هَذَا
"Yusuf, bundan üz çevir" ayə-i kəriməsində olduğu kimi. Bu ayədə münada olan يُوسُفُ kəliməsinin əvvəlində يَا nida hərfi təqdiridir, ayənin təqdiri;
يَا يُوسُفُ أَعْرِضْ عَنْ هَذَا
"Ey Yusuf! Bundan üz çevir" kimidir.