b. Mef'ulu Bih
اَلْمَفْعُولُ بِهِ
اَلْمَفْعُولُ بِهِ؛ وَ هُوَ مَا وَقَعَ عَلَيْهِ فِعْلُ الْفَاعِلِ، نَحْوُ؛ ضَرَبْتُ زَيْدًا وَ أَعْطَيْتُ زَيْدًا دِرْهَمًا وَ أَعْلَمْتُ عَمْرًا بَكْرًا فَاضِلاً. وَ يُنْصَبُ بِمُضْمَرٍ، نَحْوُ قَوْلِكَ لِلْحَاجِّ؛ مَكَّةَ، وَ لِلرَّامِي؛ اَلْقِرْطَاسَ
اَلْمَفْعُولُ بِهِ beş hissədən ibarət olan mefullərin ikinci hissəsi mefulü bihdir. وَ هُوَ مَا və mefulü bih olan söz elə bir sözdür ki; وَقَعَ عَلَيْهِ onun (mefulü bih’in) üzərinə təsir edir, فِعْلُ الْفَاعِلِ failin əməli, نَحْوُ misalı belədir; ضَرَبْتُ زَيْدًا “Zeydə vurdum” və أَعْطَيْتُ زَيْدًا دِرْهَمًا “Zeydə bir dirhəm verdim” və أَعْلَمْتُ عَمْرًا بَكْرًا فَاضِلاً “Amra Bəkrin fəzilətli olduğunu bildirdim” kimi. وَ يُنْصَبُ və mefulü bih nəsb olunur, بِمُضْمَرٍ gizli bir amil (fiil) ilə, نَحْوُ قَوْلِكَ sənin bu sözündə olduğu kimi, yəni لِلْحَاجِّ həcc üçün hazırlanan birinə; مَكَّةَ “Məkkəyə (get)” və وَ لِلرَّامِي ox atan birinə də; اَلْقِرْطَاسَ “Hədəfə (at)” demən kimidir.
Məf'ulu Bih
Nəsb olma baxımından mefullərin beş hissəsindən ikincisi məf'ulu bihdir. Məf'ulu bih, failin əməlindən təsirlənən sözdür, misalları:
ضَرَبْتُ زَيْدًا
“Zeydə vurdum” cümləsində زَيْدًا sözü failin əməlindən təsirləndiyi üçün məf'ulu bihdir.
أَعْطَيْتُ زَيْدًا دِرْهَمًا
“Zeydə bir dirhəm verdim” cümləsində زَيْدًا sözü failin əməlindən təsirləndiyi üçün birinci məf'ul, دِرْهَمًا sözü də failin əməlindən təsirlənən obyekt olduğu üçün ikinci məf'uldur.
أَعْلَمْتُ عَمْرًا بَكْرًا فَاضِلاً
“Amra Bəkrin fəzilətli olduğunu bildirdim” cümləsində isə عَمْرًا və بَكْرًا və فَاضِلاً sözlərinin üçü də məf'ulu bihdir. Çünki أَعْلَمَ fiili üç məf'ul qəbul edir. Bu məf'ullar birbaşa fiildən təsirləndikləri üçün məf'ulu bihdirlər.
Məf'ulu bih olan söz gizli (müqəddər) bir amil (fiil) ilə nəsb olunur, misalları:
Həccə gedən birisi üçün;
مَكَّةَ
“Məkkəyə” demən və,
Ox (güllə və s.) atan birisi üçün də;
اَلْقِرْطَاسَ
“Hədəfə (at)” demən kimi.