Xəbərin Bölmələri

أَقْسَامُ الْخَبَرِ

وَ الْخَبَرُ عَلَى ضَرْبَيْنِ

مُفْرَدٌ، نَحْوُ؛ زَيْدٌ غُلاَمُكَ

وَ جُمْلَةٌ، وَ هِيَ عَلَى أَرْبَعَةِ أَضْرُبٍ: فِعْلِيَّةٌ، نَحْوُ؛ زَيْدٌ ذَهَبَ أَبُوهُ، وَ اسْمِيَّةٌ، نَحْوُ؛ عَمْرٌو أَخُوهُ ذَاهِبٌ، وَ شَرْطِيَّةٌ، نَحْوُ؛ بَكْرٌ إِنْ تُكْرِمْهُ يُكْرِمْكَ، وَ ظَرْفِيَّةٌ، نَحْوُ؛ خَالِدٌ أَمَامَكَ وَ بِشْرٌ مِنَ الْكِرَامِ

وَ الْخَبَرُ və xəbər, عَلَى ضَرْبَيْنِ iki yerə bölünür; Birincisi: مُفْرَدٌ müfrəd olaraq gəlir, نَحْوُ misalı belədir; زَيْدٌ غُلاَمُكَ "Zeyd, sənin oğlundur" ifadəsində müfrəd xəbər غُلاَمُكَ sözüdür. İkincisi: وَ جُمْلَةٌ cümlə olaraq gəlir, وَ هِيَ cümlə olaraq gələn xəbər isə; عَلَى أَرْبَعَةِ أَضْرُبٍ dörd hissəyə bölünür: Birincisi فِعْلِيَّةٌ xəbər fel cümləsi olaraq gəlir, نَحْوُ misalı belədir; زَيْدٌ ذَهَبَ أَبُوهُ "Atası gedən Zeyddir" ifadəsində ذَهَبَ أَبُوهُ fel cümləsi həm də mübtəda olan زَيْدٌ sözünün xəbəridir. İkincisi وَ اسْمِيَّةٌ xəbər isim cümləsi olaraq gəlir, نَحْوُ misalı belədir; عَمْرٌو أَخُوهُ ذَاهِبٌ "Qardaşı gedən Amr'dır" ifadəsində أَخُوهُ ذَاهِبٌ isim cümləsi həm də mübtəda olan عَمْرٌو sözünün xəbəridir. Üçüncüsü وَ شَرْطِيَّةٌ xəbər şərt cümləsi olaraq gəlir, نَحْوُ misalı belədir; بَكْرٌ إِنْ تُكْرِمْهُ يُكْرِمْكَ "Bəkr, əgər ona hörmət etsən, o da sənə edər" ifadəsində إِنْ تُكْرِمْهُ يُكْرِمْكَ şərt cümləsi həm də mübtəda olan بَكْرٌ sözünün xəbəridir. Dördüncüsü وَ ظَرْفِيَّةٌ xəbər zərf cümləsi olaraq gəlir, نَحْوُ misalı belədir; خَالِدٌ أَمَامَكَ "Xalid sənin önündədir" və بِشْرٌ مِنَ الْكِرَامِ "Bişr səxavətli olanlardandır" ifadələrində أَمَامَكَ və مِنَ الْكِرَامِ sözləri zərf cümləsi olub mübtəda olan خَالِدٌ və بِشْرٌ sözlərinin xəbəridir. Birinci misaldakı zərf həqiqi zərf, ikinci misaldakı isə məcazi zərfdir.

Xəbərin Bölmələri

Xəbər, müfrəd və cümlə olaraq iki hissəyə bölünür. Müfrəd olaraq gələn xəbərə misal;

زَيْدٌ غُلاَمُكَ

“Zeyd, sənin oğlundur” ifadəsində müfrəd xəbər غُلاَمُكَ sözüdür.

Cümlə şəklində gələn xəbər isə fel, isim, şərt və zərf cümləsi olmaqla dörd yerə bölünür.

  1. Fel cümləsi kimi gələn xəbərə misal:

زَيْدٌ ذَهَبَ أَبُوهُ

“Atası gedən Zeyd-dir” ifadəsində ذَهَبَ أَبُوهُ fel cümləsi eyni zamanda mübtəda olan زَيْدٌ sözünün xəbəridir.

  1. İsim cümləsi kimi gələn xəbərə misal:

عَمْرٌو أَخُوهُ ذَاهِبٌ

“Qardaşı gedən Amr-dır” ifadəsində أَخُوهُ ذَاهِبٌ isim cümləsi eyni zamanda mübtəda olan عَمْرٌو sözünün xəbəridir.

  1. Şərt cümləsi kimi gələn xəbərə misal:

بَكْرٌ إِنْ تُكْرِمْهُ يُكْرِمْكَ

“Bəkr, əgər ona hörmət etsən, o da sənə edər” ifadəsində إِنْ تُكْرِمْهُ يُكْرِمْكَ şərt cümləsi eyni zamanda mübtəda olan بَكْرٌ sözünün xəbəridir.

  1. Zərf cümləsi kimi gələn xəbərə misal:

خَالِدٌ أَمَامَكَ

“Xalid sənin önündədir” və,

بِشْرٌ مِنَ الْكِرَامِ

“Bişr səxavətli olanlardandır” ifadələrində أَمَامَكَ və مِنَ الْكِرَامِ sözləri zərf cümləsi olub, mübtəda olan خَالِدٌ və بِشْرٌ sözlərinin xəbəridir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Xəbərin Bölmələri
🎓
Xoş gəldiniz! Sual soruşun!