Cayiz İdqam
وَ إِذَا كَانَ عَارِضًا يَجُوزُ الْإِدْغَامُ وَ عَدَمُهُ، نَحْوُ؛ أُمْدُدْ وَ مُدَّ بِفَتْحِ الدَّالِ لِلْخِفَّةِ وَ مُدِّ بِالْكَسْرِ، لِأَنَّ الْكَسْرَ أَصْلٌ فِي تَحْرِيكِ السَّاكِنِ وَ مُدُّ بِالضَّمِّ لِلْإِتْبَاعِ وَ مِنْ ثَمَّةَ لاَ يُجُوزُ فِرُّ لِعَدَمِ الْإِتْبَاعِ
وَ إِذَا كَانَ və yan-yana gələn iki səkin hərfdən ikincisinin səkinliyi olarsa, عَارِضًا arizi, yəni müvəqqəti, يَجُوزُ caiz olur, الْإِدْغَامُ idqam, وَ عَدَمُهُ və idqam etməmək, نَحْوُ misalı belədir; مَدَّ "Uzadıb" keçmiş felindən əmri fel olan; أُمْدُدْ "Uzad" kimi, və idqamlı halı; مُدَّ "uzad" kimi, بِفَتْحِ الدَّالِ لِلْخِفَّةِ yüngüllük üçün dal hərfinin fətahı ilə, və وَ مُدِّ "uzad" kimi بِالْكَسْرِ kəsrə ilə, لِأَنَّ الْكَسْرَ أَصْلٌ çünki kəsrə səkin hərfi hərəkələndirməkdə əsasdır, və وَ مُدُّ "uzad" kimi, بِالضَّمِّ dammə ilə, لِلْإِتْبَاعِ muzari felinin aynul-fiili də dammə olduğu üçün ona tabe olsun deyə, çünki مَدَدَ keçmiş felinin muzari forması يَمْدُدُ şəklindədir, وَ مِنْ ثَمَّةَ bu səbəbdən, لاَ يُجُوزُ caiz deyil, فِرُّ sözü ki, bu söz keçmişi فَرَّ və muzari forması يَفِرُّ olan felin əmri forması kimi düşünülüb, lakin مُدَّ və مُدِّ və مُدُّ kimi üç hal üzrə dammə halını ala bilmir, لِعَدَمِ الْإِتْبَاعِ çünki muzari felinin aynul-fiili dammə olmadığı üçün tabe olması lazım deyil, lakin فِرَّ və فِرِّ ola bilər.
Mətnin Ümumi Mənası: Yan-yana gələn iki səkin hərfdən ikincisinin səkinliyi əgər arizi səkin olarsa, o halda idqam etmək və ya etməmək caizdir. Misal olaraq keçmişi مَدَدَ və muzari forması يَمْدُدُ olan felin əmri fel olan أُمْدُدْ "uzad" verilir. Əgər bu felin keçmişində idqam edilərək مَدَّ olarsa, muzari forması da يَمُدُّ olar və əmri fel isə yüngül olduğu üçün fətah ilə مُدَّ və səkin hərfi hərəkələndirməkdə əsas olduğu üçün kəsrə ilə مُدِّ və muzari felinin aynul-fiili dammə olduğu üçün ona tabe olaraq dammə ilə مُدُّ kimi tələffüz edilir.
أُمْدُدْ əmri felinin idqamına baxaq. Felimizdə iki dal hərfi yan-yana gəlib və birincisi dammə, ikincisi isə əmri felə görə arizi səkin olur. Birinci dammə vav hərəkəsini əvvəlki hərfə verir və mim dammə olur, birinci dammə dal hərfi də səkin olur və felimiz أُمُدْدْ olur. İki səkin dal hərfi yan-yana gəlir və iltika-i sakineyn, yəni iki səkin hərfin bir araya gəlməsi baş verir. Belə bir sözü tələffüz etmək mümkün olmadığından dal hərfləri idqam edilir və sözümüz أُمُدّ olur. Felin fa-ul-fiili olan mim hərfi dammə olduğu üçün artıq vasıl həmzəsinə ehtiyac qalmır və vasıl həmzəsi hazf edilir, felimiz مُدّ olur. Göründüyü kimi felimizin son hərfi hərəkə almalı oldu və yuxarıdakı səbəblərlə مُدَّ və مُدِّ və مُدُّ oldu. Lakin keçmişi فَرَّ və muzari forması يَفِرُّ olan 2-ci babdan gələn və ya keçmişi عَضَّ və muzari forması يَعَضُّ olan 4-cü babdan gələn mudaf fellerin əmri formalarında, muzari felin aynul-fiilinə tabe olmadığından dammə ilə فِرُّ və ya عَضُّ olması caiz deyil.