Vacib İdqam 2
وَ لاَ يُدْغَمُ حَيِيَ bəzi dillərdə idğam olunmur ki, يَحْيَى fiilindəki ya hərfinin üzərinə dammə gəlməsin. Bir fikrə görə isə, حَيِيَ fiilinin sonundakı ya hərfi lazım deyil, çünki o bəzən düşür, məsələn حَيُوا "yaşadılar" fiilində olduğu kimi. Bəzən də dəyişir, məsələn يَحْيَى "yaşayır" fiilində olduğu kimi. İki hərfin yanaşı gəlməsinin ikinci forması isə birinci hərfin sakin olmasıdır. Bu halda idğam zəruri olur, məsələn مَدٌّ "uzatmaq" fiilində olduğu kimi, bu söz فَعْلٌ vəznindədir.
Mətnin ümumi mənası: Mudaaf muzari fiil olan يَحْيَى "yaşayır" kimi fiillərdə sondakı ya hərfinin üzərinə dammə gəlməsin deyə, bəzi dillərdə (ləhcələrdə) mazi forması olan حَيِيَ fiilindəki ya hərfində idğam olunmur. Çünki mazi fiildə idğam olunsa, bu muzari fiilə də təsir edər. Amma bir fikrə görə, bəzən حَيِيَ fiilinin sonundakı ya حَيُوا fiilində olduğu kimi düşdüyü üçün lazım bir ya deyil. Bəzən də يَحْيَى fiilində olduğu kimi ya hərfi elif hərfinə çevrilir.
*İki hərfin yanaşı gəlməsinin ikinci forması isə birinci hərfin sakin olmasıdır. Bu halda o sözlərdə idğam zəruri olur, misal olaraq مَدٌّ "uzatmaq" fiilində olduğu kimi. Bu söz فَعْلٌ vəznindədir.