İdqamın Tərifi
وَ إِذَا اجْتَمَعَ حَرْفَانِ مِنْ جِنْسٍ وَاحِدٍ وَ حَرْفَانِ مُتَقَارِيَانِ فِي الْمَخْرَجِ يُدْغَمُ الْأَوَّلُ فِي الثَّانِي لِثِقَلِ الْمُكَرَّرِ، نَحْوُ؛ مَدَّ وَ نَحْوُ؛ أَخْرَجَ شَطْئَهُ الفتح ٢٩. وَ قَالَتْ طَائِفَةٌ. اَلْإِدْغَامُ إِلْبَاثُ الْحَرْفِ فِي مَخْرَجِهِ مِقْدَارَ إِلْبَاثِ الْحَرْفَيْنِ. كَذَا نُقِلَ عَنْ جَارِ اللهِ الْعَلاَّمَةِ. وَ قِيلَ؛ إِسْكَانُ الْأَوَّلِ وَ إِدْرَاجُهُ فِي الثَّانِي. اَلْمُدْغَمُ وَ الْمُدْغَمُ فِيهِ حَرْفَانِ فِي اللَّفْظِ وَ حَرْفٌ وَاحِدٌ فِي الْكِتَابَةِ كَمُدًّا. وَ حَرْفَانِ فِي اللَّفْظِ وَ الْكِتَابَةِ كَالرَّحْمَنِ. إِجْتِمَاعُ الْحَرْفَيْنِ عَلَى ثَلاَثَةِ أَضْرُبٍ
وَ إِذَا اجْتَمَعَ və toplandıqda, حَرْفَانِ iki hərf, مِنْ جِنْسٍ وَاحِدٍ bir cinsdən, وَ حَرْفَانِ مُتَقَارِيَانِ və yaxın olan iki hərf, فِي الْمَخْرَجِ məxrəc baxımından, يُدْغَمُ الْأَوَّلُ o halda o iki hərfdən birincisi ikinciyə qatılır, yəni idğam olunur, فِي الثَّانِي ikinci hərfə, لِثِقَلِ الْمُكَرَّرِ təkrarın ağırlığı səbəbindən, نَحْوُ misal olaraq; مَدَّ "Uzadıb" aslı مَدَدَ kimidir. وَ نَحْوُ; və məxrəc baxımından yaxın olanlara misal; أَخْرَجَ شَطْئَهُ "Filizini çıxardı" (Fəth 29) ayəsində cim və şin hərfləri, وَ قَالَتْ طَائِفَةٌ "Taifə dedi" ifadəsində tə və ta hərfləri ləfzən idğam olunur, اَلْإِدْغَامُ idğam, إِلْبَاثُ الْحَرْفِ hərfin məxrəcində qalmasıdır, فِي مَخْرَجِهِ məxrəcində, مِقْدَارَ إِلْبَاثِ الْحَرْفَيْنِ iki hərfin qalma miqdarı qədər, كَذَا NÜQİL oldu, عَنْ جَارِ اللهِ الْعَلاَّمَةِ Allamə Carullahdan, وَ حَرْفَانِ فِي اللَّفْظِ və ləfzində iki hərf, وَ حَرْفٌ وَاحِدٌ və yazıda bir hərfdir, فِي الْكِتَابَةِ yazıda, كَ kimi, مَدَّ kimi aslı مَدَدَ kimidir. وَ حَرْفَانِ فِي اللَّفْظِ və ləfzində iki hərf, وَ الْكِتَابَةِ və yazıda, كَ kimi, الرَّحْمَنُ "Rəhman" ləfzində ra və lam hərfi kimi. İki hərfin bir arada toplanması üç növə bölünür.
Mətnin Ümumi Mənası: Eyni cinsdən iki hərf bir araya gəldikdə və ya məxrəc baxımından iki hərf bir-birinə yaxın olduqda, hərfin təkrarı ləfzə ağır gəldiyinə görə birinci hərf ikinciyə qatılır, yəni idğam olunur. Ləfzə idğama misal مَدَّ "Uzadıb" kimi ki, aslı مَدَدَ kimidir. Məxrəc baxımından idğama misal isə;
أَخْرَجَ شَطْئَهُ
"Filizini çıxardı" ayəsində cim və şin hərfləri və,
قَالَتْ طَائِفَةٌ
"Taifə dedi" ifadəsində tə ilə ta hərfləri məxrəc baxımından idğamdır.
Allamə Carullahdan nəql olunduğuna görə idğam, bir hərfi məxrəcində iki hərf qədər tutmaqdır. Bununla yanaşı idğam üçün, birinci hərfi sakin edib ikinciyə daxil etməkdir deyə də nəql olunmuşdur. Mudğam (idğam olunan) və mudğamun fih (idğam edilən) ləfzində iki hərfdir, lakin yazıda bir hərfdir مَدَّ kimi. Ləfzində və yazıda iki hərf olan idğama misal isə الرَّحْمَنُ ləfzindəki lam və ra hərfləridir.
İki hərfin bir araya gəlməsi vacib, mümteni və caiz idğam olmaq üzrə üç hissədə araşdırılır. Ardıcıllıqla araşdıracağıq.