a. Fail
اَلْفَاعِلُ
فَالْأَصْلُ، وَ هُوَ الْفَاعِلُ؛ وَ هُوَ مَا أُسْنِدَ الْفِعْلُ أَوْ شِبْهُهُ إِلَيْهِ وَ قُدِّمَ عَلَيْهِ عَلَى جِهَةِ قَيَامِهِ بِهِ، نَحْوُ؛ قَامَ زَيْدٌ وَ زَيْدٌ قَائِمٌ أَبُوهُ. وَ هُوَ عَلَى ضَرْبَيْنِ؛ مُظْهَرٌ، نَحْوُ؛ ضَرَبَ زَيْدٌ. وَ مُضْمَرٌ، نَحْوُ؛ ضَرَبْتُ وَ زَيْدٌ ضَرَبَ. وَ الْمُلْحَقُ بِهِ خَمْسَةُ أَضْرُبٍ
Merfu olmaqda əsas olan sözə gəldikdə; وَ هُوَ الْفَاعِلُ və o söz faildir, وَ هُوَ مَا o fail elə bir sözdür ki; أُسْنِدَ الْفِعْلُ fel isnad olunur, أَوْ شِبْهُهُ və ya felin oxşarı, yəni şibh-i fel, إِلَيْهِ o failə, وَ قُدِّمَ عَلَيْهِ fel və şibh-i fel failin üzərinə təqaddüm edir, yəni önünə keçir, عَلَى جِهَةِ cihetinə görə, قَيَامِهِ onun, yəni felin və ya şibh-i felin qiyamı, بِهِ o fail ilədir, نَحْوُ misalı belədir; قَامَ زَيْدٌ "Zeyd qalxdı" və زَيْدٌ قَائِمٌ أَبُوهُ "Zeyd, atası ayaqda olandır" tərkiblərindəki قَامَ fel, قَائِمٌ şibh-i feldir, hər ikisi də fail olan زَيْدْ və أَبُوهُ sözlərinə isnad olunur, yəni onlara dayandırılır. وَ هُوَ عَلَى ضَرْبَيْنِ; fail iki yerə bölünür; مُظْهَرٌ muzher, yəni açıq şəkildə zikr olunan fail, نَحْوُ misalı belədir; ضَرَبَ زَيْدٌ "Zeyd vurdu" tərkibindəki زَيْدْ kimi. وَ مُضْمَرٌ və mudmer, yəni zamir olan fail (bariz və müstetir olmaq üzrə iki yerə bölünür. Verilən misalların birincisində bariz, ikincisində müstetir zamiri görəcəyik), نَحْوُ misalı belədir; ضَرَبْتُ "Mən vurdum" tərkibindəki merfu, bariz muttasıl zamir olan تُ zamiri kimi, زَيْدٌ ضَرَبَ "Zeyd vurdu" tərkibindəki ضَرَبَ felinin altında müstetir olan هُوَ zamiri kimi, وَ الْمُلْحَقُ بِهِ və merfu olmaqda failə ilhak olunan sözlər; خَمْسَةُ أَضْرُبٍ beş hissədir
Fail
Merfuluqda əsas olan söz faildir. Fail, felin və ya şibh-i felin (felə bənzəyən هَيْهَاتَ kimi sözlərin) ona isnad olunduğu və felin və ya şibh-i felin onun üzərinə təqdim olunduğu, yəni önünə keçdiyi və felin və ya şibh-i felin varlığı onunla kaim olduğu sözdür, misalı;
قَامَ زَيْدٌ
“Zeyd qalxdı” və,
زَيْدٌ قَائِمٌ أَبُوهُ
“Zeyd, atası ayaqda olandır” tərkiblərindəki قَامَ fel, قَائِمٌ isə felə bənzər sifətdir, hər ikisi də öz failinə, yəni زَيْد və أَبُوهُ sözlərinə isnad olunur, yəni onlara əsaslanır və onların önündə gəlir. Nümunələrə baxdıqda fel failinə isnad olunub, fel failinin önündədir, felin mövcudluğu fail sayəsindədir.
*Fail iki yerə bölünür: muzher (açıq, zahir) və mudmer (zamir, gizli). Muzher, yəni zahir olan failə misal:
ضَرَبَ زَيْدٌ
“Zeyd vurdu” tərkibindəki زَيْد kimi.
Mudmer, yəni zamir olan failə misal:
ضَرَبْتُ
“Mən vurdum” tərkibindəki merfu, açıq birləşmiş zamir olan تُ zamiri kimi,
زَيْدٌ ضَرَبَ
“Zeyd vurdu” tərkibindəki ضَرَبَ felinin altında gizli olan هُوَ zamiri kimi.
Merfuluqda failə əlavə olunan sözlər: mübtəda və xəbər, naqis fellərdən kâne babının ismi, felə bənzər hərflərdən inne babının xəbəri, cinsdən hökmü inkar edən (cinsi inkar edən) lâ-nın xəbəri, Leyse mənasında olan mâ və lâ-nın ismi olmaqla beş hissəyə bölünür.