MERFULAR
اَلْمَرْفُوعَاتُ
اَلْمَرْفُوعَاتُ İKİ QİSMƏ BÖLÜNÜR; ƏSAS VƏ ONA ƏLAVƏ OLUNAN
اَلْمَرْفُوعَاتُ merfu isimlər (yəni cümlədə ref əlamətinə malik olan sözlər), عَلَى ضَرْبَيْنِ iki qismə ayrılır: أَصْلٌ merfu olma baxımından əsas olan, yəni merfuluq özündə olan sözlər, وَ مُلْحَقٌ بِهِ və əsas merfu olan sözlərə əlavə olunmaqla merfu olan sözlər.
Merfular
Merfular əsas və əsas olana əlavə olunan merfu isimlər olmaq üzrə iki yerə bölünür. Əsas olaraq merfu olan, yəni ref əlamətini tamamilə daşıyan söz faildir. Lakin faile əlavə edilərək işlədilən bəzi sözlər ki, aşağıdakı cədvəldə veriləcək, həmin sözlər faile əlavə olunduğuna görə merfudur.
| Əsas Merfu | اَلْفَاعِلُ | Fail |
| Əsas merfu olana əlavə olunan merfular | اَلْمُبْتَدَأُ | Mübtəda |
| اَلْخَبَرُ | Xəbər | |
| اِسْمُ كَانَ | Kane'nin ismi | |
| خَبَرُ إِنَّ | İnne'nin xəbəri | |
| خَبَرُ لاَ لِنَفْيِ الْجِنْسِ | Cinsdən hökmü inkar edən lâ-nın xəbəri | |
| اِسْمُ مَا وَ لاَ بِمَعْنَى لَيْسَ | Leyse mənasında olan mâ və lâ-nın ismi |