3-cü Məsələnin 2-ci Hissəsi
اَلثَّانِيَةُ؛ الْوَاقِعَةُ صِلَةً لِاسْمٍ مَوْصُولٍ، نَحْوُ؛ جَاءَ ألَّذِي قَامَ أَبُوهُ، أَوْ لِحَرْفٍ، نَحْوُ؛ عَجِبْتُ مِمَّا قُمْتَ أَيْ مِنْ قِيَامِكَ، فَمَا وَ قُمْتَ فِي مَوْضِعِ جَرٍّ بِمِنْ وَ أَمَّا قُمْتَ وَحْدَهَا فَلاَ مَحَلَّ لَهَا مِنَ الْإِعْرَابِ
اَلثَّانِيَةُ Üçüncü məsələnin 7 hissəsindən ikincisi; الْوَاقِعَةُ vaki olur, صِلَةً sıla kimi, لِاسْمٍ مَوْصُولٍ bir ism-i mevsula, نَحْوُ misalı belədir; جَاءَ ألَّذِي قَامَ أَبُوهُ “Atası qalxan adam gəldi” kimi. Burada ألَّذِي ism-i mevsul, قَامَ أَبُوهُ sıla cümləsidir və irabdan məhəlli yoxdur, أَوْ لِحَرْفٍ və ya bir hərfə, نَحْوُ misalı belədir; عَجِبْتُ مِمَّا قُمْتَ “Qalxmağına təəccübləndim” kimi, burada مِمَّا-da olan مَا hərf-i mevsul (məsdər mənasında olan hərflər), قُمْتَ sıla cümləsidir və irabdan məhəlli yoxdur, أَيْ yəni, مِنْ قِيَامِكَ “Sənin qalxmağından ötəri” təəccübləndim kimi, فَمَا hərf-i mevsul edatı ilə, وَ قُمْتَ feli, فِي مَوْضِعِ جَرٍّ cər mövqeyindədir, بِمِنْ min hərf-i cəri ilə yəni مِنْ مَا قُمْتَ kimidir, وَ أَمَّا قُمْتَ və قُمْتَ felinə gəldikdə, وَحْدَهَا tək olaraq, فَلاَ مَحَلَّ لَهَا məhəlli yoxdur, مِنَ الْإِعْرَابِ irabdan
Mətnin Ümumi Mənası: Birinci babın üçüncü məsələsinin ikinci hissəsi, bir ism-i mevsula sıla kimi vaki olan cümlədir, misalı;
جَاءَ ألَّذِي قَامَ أَبُوهُ
“Atası qalxan adam gəldi” tərkibində ألَّذِي ism-i mevsul, قَامَ أَبُوهُ sıla cümləsidir və irabdan məhəlli yoxdur.
Yaxud bir hərfə (hərf-i mevsula) sıla kimi vaki olan cümlədir;
عَجِبْتُ مِمَّا قُمْتَ
“Qalxmağına təəccübləndim” kimi, burada مِمَّا-da olan مَا hərf-i mevsul (məsdər mənasında olan hərflər), قُمْتَ sıla cümləsidir və irabdan məhəlli yoxdur. مَا قُمْتُ birlikdə مِنْ hərf-i cəri səbəbindən cər mövqeyindədir. Lakin قُمْتُ-ya gəldikdə o da tək başına olaraq irabdan məhəlli yoxdur, çünki مَا hərf-i mevsulunun sıla cümləsidir.