ğ. Mədh və zəm feilləri
فِعْلاَ الْمَدْحِ وَ الذَّمِّ
وَ هُمَا؛ نِعْمَ وَ بِئْسَ يَدْخُلاَنِ عَلَى اسْمَيْنِ مَرْفُوعَيْنِ، أَوَّلُهُمَا يُسَمَّى الْفَاعِلَ وَ الثَّانِي الْمَخْصُوصَ بِالْمَدْحِ أَوِ الذَّمِّ، نَحْوُ؛ نِعْمَ الرَّجُلُ زَيْدٌ وَ بِئْسَتِ الْمَرْأَةُ دَعْدٌ. وَ حَقُّ الْأَوَّلِ التَّعْرِيفُ بِلاَمِ الْجِنْسِ أَوِ الْإِضَافَةُ إِلَى الْمُعَرَّفِ بِهَذَا اللَّامِ، نَحْوُ؛ نِعْمَ الصَّاحِبُ الرَّجُلِ زَيْدٌ وَ بِئْسَ غُلاَمُ الرَّجُلِ بَكْرٌ. وَ قَدْ يُضْمَرُ وَ يُفَسَّرُ بِنَكِرَةٍ مَنْصُوبَةٍ، نَحْوُ؛ نِعْمَ رَجُلاً زَيْدٌ. وَ قَدْ يُحْذَفُ الْمَخْصُوصُ بِالْمَدْحِ، نَحْوُ قَوْلِهِ تَعَالَى؛ فَنِعْمَ الْمَاهِدُونَ الذاريات ٤٨. وَ حَبَّذَا يَجْرِي مَجْرَى نِعْمَ فَيُقَالُ؛ حَبَّذَا الرَّجُلُ زَيْدٌ وَ حَبَّذَا رَجُلاً زَيْدٌ. وَ سَاءَ يَجْرِي مَجْرَى بِئْسَ
وَ هُمَا və o iki feil, نِعْمَ “nə gözəl oldu” və بِئْسَ “nə pis oldu” kimidir, يَدْخُلاَنِ bu iki feil daxil olur, عَلَى اسْمَيْنِ مَرْفُوعَيْنِ iki merfu isim üzərinə, أَوَّلُهُمَا bu iki merfu isimdən birincisi; يُسَمَّى الْفَاعِلَ fail adlanır, وَ الثَّانِي və ikincisi, الْمَخْصُوصَ بِالْمَدْحِ أَوِ الذَّمِّ mədh və ya zəm üçün xüsusi adlanır, نَحْوُ misalı belədir; نِعْمَ الرَّجُلُ زَيْدٌ “Zeyd nə gözəl adamdır” və بِئْسَتِ الْمَرْأَةُ دَعْدٌ “Dəd nə pis qadındır” kimi. وَ حَقُّ الْأَوَّلِ birinci merfu ismin haqqı, التَّعْرِيفُ marifə olmasıdır, بِلاَمِ الْجِنْسِ lam-ı cins, yəni cins mənasını bildirən elif-lamın lamı ilə, أَوِ الْإِضَافَةُ və ya izafət ilə, إِلَى الْمُعَرَّفِ marifə ismə, بِهَذَا اللَّامِ bu lam ilə, نَحْوُ misalı belədir; نِعْمَ الصَّاحِبُ الرَّجُلِ زَيْدٌ “Zeyd, adamın nə gözəl dostudur” və بِئْسَ غُلاَمُ الرَّجُلِ بَكْرٌ “Bəkr, adamın nə pis oğludur” kimi. وَ قَدْ يُضْمَرُ və bəzən gizlədilir, وَ يُفَسَّرُ və bəzən də təfsir edilir, بِنَكِرَةٍ مَنْصُوبَةٍ mansub bir nekirə ilə, نَحْوُ misalı belədir; نِعْمَ رَجُلاً زَيْدٌ “Zeyd nə gözəl adamdır” kimi, وَ قَدْ يُحْذَفُ الْمَخْصُوصُ və bəzən xüsusi, yəni iki merfu isimdən ikincisi hazf edilir, بِالْمَدْحِ mədh ilə, نَحْوُ قَوْلِهِ تَعَالَى Allah-Təalanın bu sözündə olduğu kimi; فَنِعْمَ الْمَاهِدُونَ “Nə gözəl tənzimləyicilər” Zariyat 48. وَ حَبَّذَا və habbəza “nə gözəl oldu” ifadəsi, يَجْرِي cari olur, yəni vaki olur, مَجْرَى yerində, نِعْمَ ni’me ifadəsinin, فَيُقَالُ bu səbəbdən belə də deyilə bilər; حَبَّذَا الرَّجُلُ زَيْدٌ “Zeyd nə gözəl adamdır” və وَ حَبَّذَا رَجُلاً زَيْدٌ “Zeyd nə gözəl adamdır” kimi. وَ سَاءَ və sâe “nə pis oldu” ifadəsi, يَجْرِي cari olur, yəni vaki olur, مَجْرَى yerində, بِئْسَ “bi’se” ifadəsinin.
Mədh (Övgü) və Zəm (Yergi) Feilləri
Mədh və zəm feilləri نِعْمَ “Nə gözəl oldu” və بِئْسَ “Nə pis oldu” kimidir. Bu iki feil, iki merfu isim üzərinə daxil olur. Bu iki merfu ismin birincisi fail, ikincisi isə mədh və ya zəm üçün xüsusi adlanır, misalları;
نِعْمَ الرَّجُلُ زَيْدٌ
“Zeyd nə gözəl adamdır” tərkibində نِعْمَ fətah üzərində məbni mədh feilidir, الرَّجُلُ ifadəsi نِعْمَ ifadəsinin faili və زَيْدٌ ifadəsi isə mədh üçün xüsusi olan ifadədir. Ni’menin faili və ni’meylə xüsusi olan ifadələr merfudur.
بِئْسَتِ الْمَرْأَةُ دَعْدٌ
“D’ad nə gözəl qadındır” tərkibində بِئْسَتْ fətah üzərə məbni zəm fiilidir, الْمَرْأَةُ kəlməsi بِئْسَتْ kəlməsinin faili və الْمَرْأَةُ kəlməsi isə zəm ilə məxsus olan kəlmədir. Bi’sətin faili və bi’sət ilə məxsus olan kəlmələr mərfudurlar.
Mədh və ya zəm fiillərinin birinci mərfu ismi olan fail, cins ifadə edən lam ilə və ya bu lam ilə olan kəlməyə izafə olmaqla marifədir, misalı;
نِعْمَ الصَّاحِبُ الرَّجُلِ زَيْدٌ
“Zeyd, adamın nə gözəl dostudur” tərkibində الصَّاحِبُ kəlməsi cins üçün olan (elif) lam ilə marifədir.
بِئْسَ غُلاَمُ الرَّجُلِ بَكْرٌ
“Bəkir, adamın nə pis oğludur” tərkibində nekirə olan غُلاَمُ kəlməsi الرَّجُلِ elif lamlı muzafun iləyh olan kəlməyə muzaf olmaqla marifədir.
Fail olan və birinci mərfu olan kəlmə bəzən gizlənir və ya bəzən də təfsir edilir. Yəni Zeyd nə gözəldir də deyilə bilər, Zeyd bir adam olduğu üçün Zeyd nə gözəl adamdır da deyilə bilər. Buradakı adam kəlməsi gizlənə bilər və ya Zeydi təfsir etmək üçün zikr edilə bilər. Təfsir edilərkən gətirilən kəlmə mənsub və nekirədir, misalı;
نِعْمَ رَجُلاً زَيْدٌ
“Zeyd nə gözəl adamdır” tərkibində Zeyd kəlməsini təfsir edən رَجُلاً kəlməsi mənsub və nekirə olaraq gəlmişdir.
Bəzən də ikinci mərfu isim olan və mədh ilə məxsus olan kəlmə hazf edilə bilər, misalı;
فَنِعْمَ الْمَاهِدُونَ
“Nə gözəl tənzimləyicilər” tərkibində الْمَاهِدُونَ kəlməsi نِعْمَ kəlməsinin faili olan mərfu isimdir, lakin mədh ilə məxsus olan mərfu isim zikr edilməmişdir. Yuxarıda dediyimiz kimi bəzən Zeyd üçün; Zeyd nə gözəl adamdır və ya Zeyd nə gözəldir deyə bilərik və bununla birlikdə mədh ilə məxsus olan Zeyd kəlməsini hazf edib Nə gözəl adamdır da deyə bilərik. Qısası, ni’menin faili və məxsusu hazf edilə bilər.
حَبَّذَا habbeze “Nə gözəl oldu” kəlməsi نِعْمَ kəlməsinin vaki olduğu yerdə vaki olur, misalı;
حَبَّذَا الرَّجُلُ زَيْدٌ
“Zeyd nə gözəl adamdır” və,
وَ حَبَّذَا رَجُلاً زَيْدٌ
“Zeyd nə gözəl adamdır” kimi.
سَاءَ sâe “Nə pis oldu” kəlməsi بِئْسَ kəlməsinin vaki olduğu yerdə vaki olur, misalı;
سَاءَ الرَّجُلُ زَيْدٌ
“Zeyd nə pis adamdır” və,
سَاءَ رَجُلاً زَيْدٌ
“Zeyd nə pis adamdır” kimi.
نِعْمَ və بِئْسَ kəlmələri نِعْمَتْ və بِئْسَتْ şəklində müənnəs isimlər üçün də istifadə olunur.