g. Müqarəbə (yaxınlıq) feilləri
أَفْعَالُ الْمُقَارَبَةِ
وَ هِيَ؛ عَسَى وَ كَادَ وَ أَوْشَكَ وَ كَرَبَ وَ عَمَلُهَا كَعَمَلِ كَانَ إِلاَّ أَنْ خَبَرَ عَسَى أَنْ مَعَ الْفِعْلِ الْمُضَارِعِ، نَحْوُ؛ عَسَى زَيْدٌ أَنْ يَخْرُجَ. وَ قَدْ يَقَعَ أَنْ مَعَ الْفِعْلِ الْمُضَارِعِ فَاعِلاً لَهَا وَ يَقْتَصِرُ عَلَيْهِ، نَحْوُ؛ عَسَى أَنْ يَخْرُجَ زَيْدٌ. وَ خَبَرُ الْبَوَاقِي الْفِعْلُ الْمُضَارِعُ بِغَيْرِ أَنْ، نَحْوُ؛ كَادَ زَيْدٌ يَخْرُجُ
وَ هِيَ؛ və yəni müqarəbə feiləri; عَسَى “ümid edilir ki, ola bilər ki, mümkündür ki” və كَادَ “az qala, demək olar ki, tam o anda” və أَوْشَكَ “az qalmışdı, bir az qalmışdı” və كَرَبَ “yaxın oldu, az qala oldu” kimidir, وَ عَمَلُهَا bu sadalanan müqarəbə feilərinin əməli, كَعَمَلِ كَانَ naqis feilərdən olan kâne'nin əməli kimidir, yəni ismini ref, xəbərini nasb edərək əməl edirlər. إِلاَّ lakin kâne'nin əməli kimi əməl etməz, أَنْ خَبَرَ عَسَى sadalanan müqarəbə feilərindən عَسَى feilinin xəbəri, أَنْ مَعَ الْفِعْلِ الْمُضَارِعِ "ən" ilə olan muzari feildir, نَحْوُ misalı belədir; عَسَى زَيْدٌ أَنْ يَخْرُجَ “Ümid edilir ki, Zeyd çıxacaq” kimi. وَ قَدْ يَقَعَ bəzən vaki olur, أَنْ مَعَ الْفِعْلِ الْمُضَارِعِ "ən" ilə olan muzari feil, فَاعِلاً لَهَا özünə, yəni عَسَى feilinə fail olaraq, وَ يَقْتَصِرُ عَلَيْهِ bu halda عَسَى'ya fail olaraq daxil olması ilə kifayət edilir, yəni bu fail ilə kifayətlənilir, نَحْوُ misalı belədir; عَسَى أَنْ يَخْرُجَ زَيْدٌ “Ümid edilir ki, Zeyd çıxacaq & Zeydin çıxması ümid edilir” kimi. وَ خَبَرُ الْبَوَاقِي sadalanan müqarəbə feilərində عَسَى istisna olmaqla qalanların xəbəri, الْفِعْلُ الْمُضَارِعُ muzari feildir, بِغَيْرِ أَنْ "ən"siz, نَحْوُ misalı belədir; كَادَ زَيْدٌ يَخْرُجُ “Zeyd az qala çıxacaq, çıxır, çıxacaq” kimi.
Müqarəbə (Yaxınlıq) Feilləri
Müqarəbə feiləri bir işin baş verməsinin yaxın olduğunu bildirən feilərdir və əməli naqis feilərdən olan كَانَ 'nin əməli kimidir, yəni ismini ref, xəbərini nasb edirlər. Misalları; كَادَ “az qala, tam o anda” və أَوْشَكَ “az qalmışdı, ramak qalmışdı” və كَرَبَ “yaxın oldu, az qala oldu” kimidir. Bir çox nahiv kitabında daha çoxu qeyd olunmuşdur, məsələn كَرَ
بَ “demək olar ki”, طَفِقَ “başladı”, أَخَذَ “başladı”, أَنْشَأَ “başladı”, أَقْبَلَ “başladı”, هَبَّ “başladı”, جَعَلَ “başladı”, عَلِقَ “başladı”, حَرَى “ümid olunur ki”, İِخْلَوْلَقَ “ümid edilir ki” kimi ifadələrdir. Əvvəlcə qeyd edək ki, müqarəbə feilinin xəbəri həmişə muzari feildir. Bəziləri en-i masdariyyə ilə, bəziləri isə onsuz olur. Bu müqarəbə feillərindən عَسَى feilinin xəbəri olan muzari feil həmişə en-i masdariyyə ilə işlədilir. كَادَ və كَرَبَ feilinin xəbəri olan muzari feil en ilə və ya ensiz gələ bilər. Qalanlarının hamısı en-i masdariyyə almadan gəlir, misal üçün: عَسَى زَيْدٌ أَنْ يَخْرُجَ “Ümid olunur ki, Zeyd çıxacaq” ifadəsində عَسَى naqis olan müqarəbə feilidir, زَيْدٌ merfu failidir, أَنْ يَخْرُجَ isə mahallen mansub xəbəridir. Bu misalda عَسَى زَيْدٌ desək, kəlamın tam olması üçün mansub bir xəbərə ehtiyac duyuruq və o da en’li muzari feil olaraq أَنْ يَخْرُجَ kimi gəlir. Bəzən en ilə birlikdə gələn muzari feil عَسَى ‘nın faili olur və bu zaman عَسَى naqis feillikdən çıxıb tam feil olur və bu halda kəlam tam olduğu üçün kifayət edir, misal: عَسَى أَنْ يَخْرُجَ زَيْدٌ “Ümid olunur ki, Zeyd çıxacaq & Zeydin çıxması ümid edilir” ifadəsində عَسَى tam olan müqarəbə feilidir, أَنْ en-i masdariyyə, يَخْرُجَ mansub muzari feil, زَيْدٌ isə يَخْرُجَ ‘nin failidir və أَنْ يَخْرُجَ زَيْدٌ birlikdə عَسَى ‘nın failidir. Yəni عَسَى feil və أَنْ يَخْرُجَ زَيْدٌ ifadəsi tam faildir, mahallen merfudur. Digərlərində (yuxarıda qeyd etdik) isə en-i masdariyyəsiz olaraq muzari feil gəlir, misal: كَادَ زَيْدٌ يَخْرُجُ “Zeyd demək olar ki, çıxır, çıxacaq” ifadəsində كَادَ naqis müqarəbə feilidir, زَيْدٌ onun merfu failidir və يَخْرُجُ isə onun mahallen mansub, lafzen merfu xəbəridir.