Kəsrə üzrə məbnilik 2

وَ افْتَرَقَتْ بَنُو تَمِيمٍ فِرْقَتَيْنِ؛ فَبَعْضُهُمْ يُعْرِبُ ذَلِكَ كُلَّهُ بِالضَّمِّ رَفْعًا وَ بِالْفَتْحِ نَصْبًا وَ جَرًّا، فَيَقُولُ؛ جَاءَتْنِي حَذَامُ بِالضَّمِّ وَ رَأَيْتُ حَذَامَ وَ مَرَرْتُ بِحَذَامَ بِالْفَتْحِ. وَ أَكْثَرُهُمْ يَفْصِلُ بَيْنَ مَا كَانَ آخِرُهُ رَاءً، كَوَبَارِ اِسْمُ لِقَبِيلَةٍ وَ حَضَارِ اِسْمٌ لِكَوْكَبٍ وَ سَفَارِ اِسْمُ لِمَاءٍ، فَيَبْنِيهِ عَلَى الْكَسْرِ كَالْحِجَازِيِّينَ، وَ مَا لَيْسَ آخِرُهُ رَاءً كَحَذَامِ وَ قَطَامِ، فَيُعْرِبُهُ إِعْرَابَ مَا لاَ يَنْصَرِفُ

وَ افْتَرَقَتْ ayrıldı, بَنُو تَمِيمٍ Bəni Təmim tayfası, فِرْقَتَيْنِ iki dəstəyə, فَبَعْضُهُمْ onlardan bəziləri, يُعْرِبُ ذَلِكَ bu Həzami babından gələn sözləri mureb edirlər, كُلَّهُ hamısını, بِالضَّمِّ رَفْعًا nominativ halda dammə ilə, وَ بِالْفَتْحِ نَصْبًا وَ جَرًّا akkusativ və genitiv hallarında fətə ilə (sanki qeyri-münsərif kimi), فَيَقُولُ və belə deyirlər; جَاءَتْنِي حَذَامُ “Həzam mənə gəldi”, بِالضَّمِّ dammə ilə, وَ رَأَيْتُ حَذَامَ və “Həzamı gördüm” və مَرَرْتُ بِحَذَامَ “Həzama rast gəldim”, بِالْفَتْحِ fətə ilə, وَ أَكْثَرُهُمْ onlardan əksəriyyəti isə, يَفْصِلُ ayırır, بَيْنَ مَا كَانَ آخِرُهُ رَاءً sonu ra hərfi ilə bitənlərlə bitməyənləri, ـكَ misal olaraq; وَبَارِ Vəbari, اِسْمُ لِقَبِيلَةٍ bir tayfa adı, وَ حَضَارِ və “Hədari”, اِسْمٌ لِكَوْكَبٍ bir planet adı, وَ سَفَارِ və “Səfari”, اِسْمُ لِمَاءٍ bir su adı, فَيَبْنِيهِ عَلَى الْكَسْرِ bu babdan gələn sözləri kəsrə üzərində mebni edirlər, كَالْحِجَازِيِّينَ Hicazlılar kimi, وَ مَا لَيْسَ آخِرُهُ رَاءً və sonu ra ilə bitməyənlər, Həzami və Qətami kimi, فَيُعْرِبُهُ mureb edirlər, إِعْرَابَ مَا لاَ يَنْصَرِفُ qeyri-münsərifin irabı kimi.

Şərhin Ümumi Mənası: Bəni Təmim tayfası حَذَامِ babından gələn sözlərin mebniliyi məsələsində fikir ayrılığına düşmüş və iki dəstəyə bölünmüşdür. Onlardan bəziləri حَذَامِ babından gələn bütün sözləri nominativ halda dammə, akkusativ və genitiv hallarda fətə ilə mureb etmişlər və misal olaraq belə demişlər;

جَاءَتْنِي حَذَامُ

“Hazam mənə gəldi”

رَأَيْتُ حَذَامَ

“Hazamı gördüm” və,

مَرَرْتُ بِحَذَامَ

“Hazama uğradım” ifadələrində olduğu kimi. Birinci nümunədə حَذَامُ sözü fail və ref halında dammə ilə, ikinci nümunədə حَذَامَ sözü məful və nəsb əlaməti fətə ilə, üçüncü nümunədə isə حَذَامْ sözü məcrur, amma cərr əlaməti fətə ilədir. Bəni Təmim tayfasının əksəriyyəti isə sonu الرَّاءُ ra hərfi ilə bitən sözlərlə bitməyənlərin arasını ayırırlar, misal olaraq وَبَارِ “Vebari” bir qəbilə adı, حَضَارِ “Hadari” bir planet adı, سَفَارِ “Sefari” bir növ su adı kimi. Bəni Təmimin əksəriyyəti bu sözləri Hicaz əhli kimi kəsrə üzərində məbni edirlər. Lakin حَذَامِ və قَطَامِ sözlərinin sonu ra ilə deyil, bu səbəbdən bu sözləri qeyri-münsəriflərin i'rabına tabe tutub mürəb edirlər. Yəni ref halında dammə, nəsb və cərr halında fətə ilə i'rab edirlər.


حاشية

Bir qrup bu adları müəllifin qeyd etdiyi kimi qeyri-münsərif adlar kimi qəbul edir və bir qrup isə sonu ra ilə bitənlərlə bitməyənləri fərqləndirir. Sonu ra ilə bitən adları həmişə Hicazilər kimi kəsrə üzərində məbni edirlər, sonu ra ilə bitməyənləri isə birinci qrup kimi qeyri-münsərif adlar kimi qəbul edirlər. Qeyri-münsərif olmasının səbəbinə gəlincə, Sibəveyh hesab edir ki, qeyri-münsərif olmasına səbəb elmi və failə formasıdır. Məbrəd isə hesab edir ki, qeyri-münsərif olmasına səbəb elmi və dişilikdir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Kəsrə üzrə məbnilik 2
🎓
Xoş gəldiniz! Sual soruşun!