İsmin mürəbliyi
Və qeyd etdim ki, mə'rəb olan söz, o sözdür ki, sonu üzərinə daxil olan amillər səbəbindən dəyişir. Məsələn, "Zeyd" sözünü götürək: deyirsən; "Zeyd mənə gəldi" (جَاءَنِي زَيْدٌ), "Zeydi gördüm" (رَأَيْتُ زَيْدًا), "Zeydin yanından keçdim" (مَرَرْتُ بِزَيْدٍ). Görmürsən ki, "Zeyd" sözünün sonu dammə, fəthə və kəsrə ilə dəyişir, bu dəyişiklik üzərinə gələn "gəldi", "gördüm" və "bə" amilləri səbəbindəndir. Əgər dəyişiklik sözün sonundan başqa bir yerdə olsaydı, bu i'rab olmazdı. Məsələn, "fils" (pul) sözünü kiçiltmə formasında "fulays" və cəmləndirmədə "aflus" və "fulus" olur. Həmçinin, əgər dəyişiklik sözün sonunda olsa, amma amillər səbəbindən olmasa, məsələn, "Zeydin oturduğu yerdə oturdum" (جَلَسْتُ حَيْثُ جَلَسَ زَيْدٌ) deyəndə, burada "haysu" sözünün sonunu dammə, fəthə və kəsrə ilə demək mümkündür: "haysu", "hayse", "haysi". Lakin bu üç formada olan dəyişiklik amillər səbəbindən deyil. Görmürsən ki, son misalda cümlədə bir amil var, o da "oturdu" (جَلَسَ) fiilidir və bəzən "haysu" sözündə qeyd olunan dəyişikliklər (dammə, fəthə, kəsrə) müşahidə olunur.

Şərhin Ümumi Mənası: İsimin hissələrindən biri mürəb olmasıdır. İsim mürəb olmaq demək, üzərinə daxil olan amillər səbəbindən sonunun (hərf və hərəkə baxımından) dəyişməsi deməkdir, aşağıda veriləcək misallardakı Zeyd kəlməsi kimi;
جَاءَنِي زَيْدٌ
“Zeyd mənə gəldi” və,
رَأَيْتُ زَيْدًا
“Zeydi gördüm” və,
مَرَرْتُ بِزَيْدٍ
“Zeydə rast gəldim” ifadələrindəki Zeyd kəlməsi kimi. Bu misallardakı Zeyd kəlməsinin sonunun, Zeyd kəlməsinə daxil olan جَاءَني və رَأَيْتُ və اَلْبَاءُ kəlmələri səbəbindən dammə, fəthə və kəsrə olaraq dəyişdiyi görünmürmü? (Burada amil olaraq qeyd olunan جَاءَني kəlməsindən məqsəd جَاءَ və رَأَيْتُ kəlməsindən məqsəd رَأَى feilidir. Müəllif belə deyərək onları bir kəlmə kimi görmüşdür, amma جَاءَني kəlməsindəki nun vikaye üçün, ya da müttəsil zamir üçündür, رَأَيْتُ feilindəki ـتُ isə mərfu müttəsil zamirdir)
Əgər dəyişiklik kəlmənin sonunda deyilsə, o dəyişiklik irab deyil. Misal olaraq sənin bu sözündəki kimi; فَلْسٌ “Pul” kəlməsini kiçiltmək istəsən فُلَيْسٌ “Balaca pul” deyirsən. Əgər cəmi təksir etmək istəsən أَفْلُسٌ və ya فُلُوسٌ deyirsən. Bu dəyişiklik irab olması üçün yuxarıdakı Zeyd misalında olduğu kimi dəyişiklik olmalıdır. Amma فَلْسٌ kəlməsindən dolayı müxtəlif siqaya girən فُلَيْسٌ və أَفْلُسٌ və ya فُلُوسٌ kəlmələrindəki dəyişiklik amil səbəbindən deyil. Sənin bu sözündəki kimi;
جَلَسْتُ حَيْثُ جَلَسَ زَيْدٌ
“Zeydin oturduğu yerdə oturdum” ifadəsində dammə üzərində məbni olaraq حَيْثُ və fəthə üzərində məbni olaraq حَيْثَ və kəsrə üzərində məbni olaraq حَيْثِ oxumaq caizdir. Bu üç formada olan dəyişiklik (haysu, hayse və haysi) amil səbəbindən deyil. Burada amilin tək olduğu görünmürmü, ki amil də (celestu'daki) جَلَسَ feilidir. Haysu kəlməsi (əsli havsu) üçün yuxarıda qeyd olunduğu kimi bir sıra dəyişikliklər mövcuddur.
حاشية
المعرب؛ مشتق من الإعراب، و الإعراب لغة؛ البيان و التغيير و التحسين. فمن الأول قولهم؛ أعرب الرجل عما في نفسه أي أبان. و من الثاني قولهم؛ عربت معدة البعير أي فسدت. و من الثالث قولهم؛ جارية عروب أي حسناء، و منه قوله تعالى؛ عروبا أترابا الواقعة ٣٨. و قيل؛ العروب المتحببة إلى زوجها عشقا له. و الإعراب في اصطلاح النحاة؛ أثر ظاهر أو مقدر يجلبه العامل في آخر الكلمة أو ما نزل منزلة آخرها. فإذا زال العامل، زال ذلك الأثر