İsim və əlamətləri
اَلْاِسْمُ وَ عَلاَمَاتُهُ
فَأَمَّا الْاِسْمُ فَيُعْرَفُ؛ بِأَلْ كالرَّجُلِ وَ بِالتَّنْوِينِ كَرَجُلٍ وَ بِالْحَدِيثِ عَنْهُ كَتَاءِ ضَرَبْتُ
فَأَمَّا الْاِسْمُ sözün hissələrindən ismə gəldikdə; فَيُعْرَفُ tanınır, بِأَلْ elif-lam ilə, misal üçün; اَلرَّجُلُ “Adam” kimi, وَ بِالتَّنْوِينِ və tenvin ilə, misal üçün; رَجُلٌ “Hər hansı bir adam” kimi, وَ بِالْحَدِيثِ عَنْهُ və ondan (xəbər vermək) danışmaqla, كَتَاءِ ta kimi, ضَرَبْتُ “Mən vurdum” felindəki.
Mətnin Ümumi Mənası: Sözün hissələrindən olan ismə gəldikdə; İsim, elif-lam şəkilçisi ilə اَلرَّجُلُ və tenvin ilə رَجُلٌ və ضَرَبْتُ sözündəki ـتُ te zamiri ilə özündən bəhs edilməsi ilə tanınır.
لَمَّا بَيَّنْتُ مَا انْحَصَرَتْ فِيهِ أَنْوَاعُ الْكَلِمَةِ الثَّلاثَةُ. شَرَعْتُ فِي بَيَانِ مَا يَتَمَيَّزُ بِهِ كُلُّ وَاحِدٍ مِنْهَا عَنْ قَسِيمَيْهِ؛ لِنَتُمَّ فَائِدَةُ مَا ذَكَرْتُهُ، فَذَكَرْتُ أَنَّ لِلْاِسْمِ ثَلاَثَ عَلاَمَاتٍ
لَمَّا بَيَّنْتُ mən nə vaxt ki açıqladım, مَا انْحَصَرَتْ فِيهِ sözdəki məhdudiyyəti, أَنْوَاعُ الْكَلِمَةِ الثَّلاثَةُ sözün üç növ olaraq məhdudlaşdığını, شَرَعْتُ başladım, فِي بَيَانِ bəyan etməyə, مَا يَتَمَيَّزُ بِهِ onunla fərqlənir, كُلُّ وَاحِدٍ مِنْهَا üç növ olan sözdən hər biri, عَنْ قَسِيمَيْهِ digər iki hissəsindən, yəni qisimindən (ismi əsas götürsək, feil və hərf ismin iki qismi olur, feili əsas götürsək, isim və hərf feilin iki qismi olur, hərfi əsas götürsək, isim və feil hərfin qismi olur) yəni isim, feil və hərfdən necə fərqlənir, feil, isim və hərfdən necə fərqlənir, hərf, isim və feildən necə fərqlənir, لِتَتُمَّ tamam olması üçün, فَائِدَةُ مَا ذَكَرْتُهُ dediyim şeyin (sözü isim, feil və hərf olaraq üç hissəyə ayırmağımın) faydası. فَ bu səbəbdən, ذَكَرْتُ qeyd etdim, أَنَّ لِلْاِسْمِ isim üçün, ثَلاَثَ عَلاَمَاتٍ üç əlamət vardır.
Şərhin Ümumi Mənası: Mən, sözün üç növ olaraq məhdudlaşdığını açıqladıqdan (yəni hələ tərif vermədim, sadəcə adlarını dedim) sonra əlamətlərin bəyanına başladım, ki o əlamətlər ilə sözün hissələrindən hər biri digər ikisindən (qisimindən) fərqlənir, yəni ayrılır. Bu cür etməyimin səbəbi, qeyd etdiyim şeyin (sözü isim, feil və hərf olaraq üç hissəyə ayırmağımın) faydasının tamamlanması üçündür. Bu səbəbdən isim üçün üç əlamət olduğunu qeyd etdim.