Kəlimənin hissələri
| وَ هِيَ اسْمٌ وَ فِعْلٌ وَ حَرْفٌ | |
| Və o, yəni kəlimə | وَ هِيَ |
| İsmdir | اسْمٌ |
| Və fildir | وَ فِعْلٌ |
| Və hərfdir | وَ حَرْفٌ |
| Kəlimə üç hissəyə bölünür: isim, fiil və hərf | |
لَمَّا ذَكَرْتُ حَدَّ الْكَلِمَةِ، بَيَّنْتُ أَنَّهَا جِنْسٌ تَحْتَهُ ثَلاثَةُ أَنْوَاعٍ؛ اَلْاِسْمُ وَ الْفِعْلُ وَ الْحَرْفُ. وَ الدَّلِيلُ عَلَى انْحِصَارِ أَنْوَاعِهَا فِي هَذِهِ الثَّلاَثَةِ الْإِسْتِقْرَاءُ؛ فَإِنْ عُلَمَاءَ هَذَا الْفَنُّ تَتَّبِعُوا كَلاَمَ الْعَرَبِ فَلَمْ يَجِدُوا إِلاَّ ثَلاَثَةَ أَنْوَاعٍ، وَ لَوْ كَانَ ثَمَّ نَوْعٌ رَابِعٌ لَعَثَرُوا عَلَى شَيْءٍ مِنْهُ
لَمَّا hər nə zaman ki, ذَكَرْتُ mən zikr etdim, حَدَّ الْكَلِمَةِ kəlimənin həddini, sərhədini, بَيَّنْتُ bəyan etdim, أَنَّهَا kəlimənin olmasını, جِنْسٌ cins olmasını, تَحْتَهُ onun altında, ثَلاثَةُ أَنْوَاعٍ üç növ vardır, اَلْاِسْمُ isim, وَ الْفِعْلُ və fiil
il, وَ الْحَرْفُ və hərf, وَ الدَّلِيلُ və dəlili, عَلَى انْحِصَارِ أَنْوَاعِهَا sözün növlərinin məhdudlaşdırılması üzərinə, فِي هَذِهِ الثَّلاَثَةِ bu üç növ üçün, الْإِسْتِقْرَاءُ istikra, yəni çoxlu oxuma və araşdırma, فَإِنْ عُلَمَاءَ alimlərə gəldikdə ki, هَذَا الْفَنُّ bu elm sahəsində, تَتَّبِعُوا araşdırdılar, كَلاَمَ الْعَرَبِ ərəb kəlamını, فَلَمْ يَجِدُوا tapmadılar, إِلاَّ ثَلاَثَةَ أَنْوَاعٍ bu üç növdən başqa bir növ, وَ لَوْ كَانَ ثَمَّ əgər bundan sonra orada, yəni ərəb kəlamında olsaydı, نَوْعٌ رَابِعٌ dördüncü növ, لَعَثَرُوا عَلَى əlbəttə fərq edərdilər, شَيْءٍ bir şey, مِنْهُ ondan, yəni ərəb kəlamından. Metnin Toplu Manası: Mən nə vaxt ki sözün həddini zikr etdim, onun, yəni sözün altında üç növ olan cins olduğunu da bəyan etdim. Bu üç növ: isim, feil və hərfdir. Sözün bu üç növ ilə məhdudlaşdırılmasının dəlili istikradır (İstikra, 'qarae' feilinin istifal babından masdarı olub, çoxlu oxuma və araşdırma mənalarını verir). Bu elmin alimləri ərəb kəlamını çox araşdırdılar (tetəbbu etdilər) və sözün növlərinin üçdən artıq olmadığını gördülər. Əgər bundan sonra ərəb kəlamında dördüncü bir növ olsaydı, mütləq onu fərq edərdilər. حاشية الاسم؛ Bir şeyə ad verən, zaman və məkanla əlaqəsi olmayan, həm fail, həm məful ola bilən, haqqında xəbər verilə bilən sözlərdir. Məsələn: Zeyd yola çıxıb (Zeyd muntaliqdir) və ya aşağıdakı kimi, sözə xərf-i cər daxil ola bilər: Bu kitab Zeydə aiddir (Bu kitab Zeydə məxsusdur). الفعل؛ Hadisə və zaman bildirən, keçmiş və ya gələcək zaman ifadə edən sözlərdir. Məsələn: Qalxıb (qam), qalxır (yaqum), oturub (qad), oturur (yaqad) və s. Hadisə – mənbədir (məzdar), yəni feil adı, feil isə ondan törəyir. Məsələn: Qalxmaq (qiyam), oturmaq (quud), qiyam və quud və onlara bənzər sözlər məzdardır. الحرف؛ Özündən başqa sözə mənası olan, xəbər ola bilməyən və haqqında xəbər verilə bilməyən sözlərdir. Məsələn: min (dən), ila (ə), istifham 'alif' və 'həl'. Əgər desən: həl min və ya həl ila, bu sözlər cümlə olmaz.