Məcrurat
اَلْمَجْرُورَاتُ
عَلَى ضَرْبَيْنِ: مَجْرُورٌ بِالْإِضَافَةِ وَ مَجْرُورٌ بِحَرْفِ الْجَرِّ، كَقَوْلِكَ؛ غُلاَمُ زَيْدٍ وَ سِرْتُ مِنَ الْبَصْرَةِ إِلَى الْكُوفَةِ
عَلَى ضَرْبَيْنِ mecrurlar iki hissəyə bölünür, birincisi مَجْرُورٌ بِالْإِضَافَةِ izafə ilə mecrur, ikincisi وَ مَجْرُورٌ بِحَرْفِ الْجَرِّ hərf-i cərr ilə mecrur, كَقَوْلِكَ misal olaraq sənin bu sözündə olduğu kimi; izafə ilə mecrur غُلاَمُ زَيْدٍ "Zeydin oğlu" kimi, hərf-i cərr ilə mecrur; سِرْتُ مِنَ الْبَصْرَةِ إِلَى الْكُوفَةِ "Bəsradan Kufəyə qədər yürüdüm" kimi.
Mecrurlar
Mecrurlar izafə ilə və hərf-i cərr ilə mecrur olmaq üzrə iki yerə bölünür, misalları;
غُلاَمُ زَيْدٍ
"Zeydin oğlu" tərkibində غُلاَمُ sözü muzaf, زَيْدٍ sözü muzafun ileyh və mecrurdur.
سِرْتُ مِنَ الْبَصْرَةِ إِلَى الْكُوفَةِ
"Bəsradan Kufəyə qədər yürüdüm" tərkibində سِرْتُ feil və fail, مِنَ hərf-i cərr, الْبَصْرَةِ min hərf-i cərr ilə mecrur isim, إِلَى hərf-i cərr, الْكُوفَةِ ilâ hərf-i cərr ilə mecrur isimdir.