İzafət ilə məcrur

اَلْمَجْرُورُ بِالْإِضَافَةِ

وَ الْإِضَافَةُ İzafə iki yerə bölünür; مَعْنَوِيَّةٌ, yəni mənəvi izafə, وَ هِيَ ألَّتِي bu elə izafədir ki, وَ هِيَ ألَّتِي lam mənasındadır, أَوْ بِمَعْنَى مِنْ və ya min mənasındadır, كَقَوْلِكَ sənin bu sözündə olduğu kimi; غُلاَمُ زَيْدٍ "Zeydin oğlu" və خَاتَمُ فِضَّةٍ "Gümüş üzük" kimi. وَ لَفْظِيَّةٌ, yəni ləfzî izafədir; وَ هِيَ İSMİ FƏİLİN izafəsi, اسْمِ الْفَاعِلِ ism-i failin, إِلَى مَفْعُولِهِ məfulun bih olan sözə, نَحْوُ misal olaraq; ضَارِبَ زَيْدٍ "Zeydə vuran" kimi, وَ الصَّفَةِ الْمُشَبَّهَةِ və sifət-i müşəbbəhin, إِلَى فَاعِلِهَا fəilinə izafəsidir, كَقَوْلِكَ sənin bu sözündə olduğu kimi; حَسَنُ الْوَجْهِ "Üzü gözəl" kimi. وَ لاَ بُدَّ فِي الْمَعْنَوِيَّةِ Mənəvi izafədə mütləqdir ki, مِنْ تَجْرِيدِ الْمُضَافِ muzaf olan söz təcrid olunsun, yəni mücərrəd olsun, عَنِ التَّعْرِيفِ marifədən. وَ تَقُولُ فِي اللَّفْظِيَّةِ Ləfzî izafədə belə deyilir; اَلضَّارِبَا زَيْدٍ "Zeydə vuran iki nəfər", وَ الضَّارِبُو زَيْدٍ "Zeydə vuranlar", وَ الضَّارِبُ الرَّجُلِ "Adama vuran" və وَ لاَ يَجُوزُ belə demək caiz deyil; الضَّارِبُ زَيْدٍ. وَ الْمَعْنَوِيَّةُ Mənəvi izafə, تُعَرِّفُ hər bir muzafı marifə edir, كُلُّ مُضَافٍ marifəyə izafə olunduqda, إِلاَّ Nəhayət, bəzi sözlərdə muzaf marifə olmur; غَيْرٍ وَ شِبْهٍ وَ مِثْلٍ "qeyr", "şibh", "misil" sözləri muzaf olarsa; مَرَرْتُ بِرَجُلٍ غَيْرِكَ "Səndən başqa bir adama rast gəldim", مِثْلِكَ "sənin mislin", شِبْهِكَ "sənin bənzərin" kimi. وَ قَدْ يُحْذَفُ الْمُضَافُ Bəzən muzaf olan söz hazf olunur, وَ يُقَامُ الْمُضَافُ إِلَيْهِ muzafun ileyh olan söz onun yerinə kaim olur, مَقَامَهُ yəni hazf olunan muzafın yerində, كَمَا فِي قَوْلِهِ تَعَالَى Allahın bu sözündə olduğu kimi; وَ سْئَلِ الْقَرْيَةَ "Qəsəbəni soruş" Yusuf 82

İzafə ilə Məcrur

İzafə mənəvi və ləfzî izafə olmaqla iki yerə bölünür. Mənəvi izafə: Lam və ya min hərfi-cərrləri mənasında olan izafədir, misal olaraq sənin bu sözündə olduğu kimidir;

غُلاَمُ زَيْدٍ

“Zeydin oğlu” tərkibinin təqdiri غُلاَمُ لِزَيْدٍ şəklindədir. Buradakı lam hərfi-cərri mülkiyyət üçündür.

خَاتَمُ فِضَّةٍ

“Gümüş üzük” tərkibinin təqdiri خَاتَمُ مِنْ فِضَّةٍ şəklindədir. Buradakı min hərfi-cərri bəyan üçündür.

Lafzi izafə: İsm-i failin məfulə olan izafəsidir, misalı belədir;

ضَارِبَ زَيْدٍ

“Zeydə vuran” kimi.

Və sifət-i müşebbehenin failinə izafəsidir, misalı belədir;

حَسَنُ الْوَجْهِ

“Üzü gözəl” kimi.

Mənəvi izafədə muzaf olan sözün marifə olması mütləqdir. Lafzi izafədə isə;

اَلضَّارِبَا زَيْدٍ

“Zeydə vuran iki nəfər” və,

الضَّارِبُو زَيْدٍ

“Zeydə vuranlar” və,

الضَّارِبُ الرَّجُلِ

“Adama vuran” deyə bilərsən, amma الضَّارِبُ زَيْدٍ demək caiz deyil.

Mənəvi izafə, bütün muzaf olan sözlərin marifə olması ilə tanınır, lakin غَيْرٌ və مِثْلُ və شِبْهُ kimi sözlər muzaf olduqda marifə olmurlar. Belə deyirsən;

مَرَرْتُ بِرَجُلٍ غَيْرِكَ

“Sənin xaricində bir adama rast gəldim” kimi və ya مِثْلِكَ “sənin kimisi” və ya شِبْهِكَ “sənin bənzərin” kimi.

Bəzən muzaf hazf edilir və onun yerinə muzafun ileyh gəlir, misalı Allah-taalanın bu sözündə olduğu kimidir;

وَ سْئَلِ الْقَرْيَةَ

“Qəsəbəyə soruş” yəni tərkibin əsli وَ سْئَلْ أَهْلَ الْقَرْيَةِ “qəsəbə əhlinə soruş” şəklindədir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › İzafət ilə məcrur
🎓
Xoş gəldiniz! Sual soruşun!