2-ci Məsələnin 4-cü Hissəsi

وَ الرَّابِعَةُ؛ الْمُضَافَةُ إِلَيْهَا وَ مَحَلُّهَا الْجَرُّ، نَحْوُ؛ هَذَا يَوْمُ يَنْفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ المائدة ١١٩، يَوْمَ هُمْ بَارِزُونَ المؤمن ١٦. وَ كُلُّ جُمْلَةٍ وَقَعَتْ بَعْدَ إِذَا وَ إِذْ وَ حَيْثُ وَ لَمَّا الْوُجُودِيَّةِ، عِنْدَ مَنْ قَالَ بِاسْمِيَّتِهَا فَهِيَ فِي مَوْضِعِ خَفْضٍ بِإِضَافَتِهِنَّ إِلَيْهَا

وَ الرَّابِعَةُ Birinci babın ikinci meselenin 7 hissəsindən dördüncüsü: الْمُضَافَةُ إِلَيْهَا muzafun ileyh olması, وَ مَحَلُّهَا الْجَرُّ və onun məhəlli cərdir, yəni məhəllən məcrur olur, نَحْوُ misalı belədir; هَذَا يَوْمُ يَنْفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ “Bu gün, sadiqlərin doğruluğunun fayda verdiyi gündür” Maidə 119, يَوْمَ هُمْ بَارِزُونَ “O gün onlar aşkar olurlar (bariz olurlar)” Mümin 16, وَ كُلُّ جُمْلَةٍ bütün cümlələr, وَقَعَتْ vaki oldu, بَعْدَ sonra, إِذَا və إِذْ və حَيْثُ və لَمَّا الْوُجُودِيَّةِ lemma-i vücudiyyə, عِنْدَ مَنْ قَالَ deyən şəxsə görə, بِاسْمِيَّتِهَا lemma-nı isim kimi deyən, فَهِيَ bu sözlərdən sonra gələn cümlələr, فِي مَوْضِعِ خَفْضٍ cər mövqeyindədir, بِإِضَافَتِهِنَّ إِلَيْهَا bu sözlərin cümləyə izafə olunması ilə, yəni muzaf olması ilə. Bəzi nüsxələrdə بَيْنَمَا və بَيْنَا sözləri də ola bilər.

Mətnin Ümumi Mənası: Birinci babın ikinci meselenin 7 hissəsindən dördüncüsü, muzafun ileyh olmaqla məhəllən məcrur olan cümlədir, misalı;

هَذَا يَوْمُ يَنْفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ

“Bu gün, sadiqlərin doğruluğunun fayda verdiyi gündür” ayə-i kəriməsində يَوْمُ və ya يَوْمَ ola bilər, bu söz muzafdır. يَنْفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ fel cümləsi isə onun muzafun ileyhi olub məhəllən məcrurdur.

يَوْمَ هُمْ بَارِزُونَ

“O gün onlar aşkar olurlar (bariz olurlar)” ayə-i kəriməsində يَوْمَ muzafdır, هُمْ sözü mübtəda və بَارِزُونَ onun xəbəridir, هُمْ بَارِزُونَ isim cümləsi, يَوْمَ sözünün muzafun ileyhi olmaq üçün məhəllən məcrurdur.

İz, izâ, haysu və lemma-i vücudiyyədən sonra vaki olan hər bir cümlə (ki bu lemma-i vücudiyyəni isim kimi deyənlərə görə) cər mövqeyindədir və bu sözlər o cümlələrə izafə olunub muzaf olurlar.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 2-ci Məsələnin 4-cü Hissəsi
🎓
Xoş gəldiniz! Sual soruşun!