Mərfuat

اَلْمَرْفُوعَاتُ

İki növə bölünür; əsil və ona əlavə olunan. Əsil olan; faildir və o da iki növə bölünür; zahir fail kimi ضَرَبَ زَيْدٌ və gizli fail kimi ضَرَبْتُ və زَيْدٌ ضَرَبَ. Ona əlavə olunan merfular isə beş növdür.

عَلَى ضَرْبَيْنِ iki növə bölünür, أَصْلٌ əsil merfu və وَ مُلْحَقٌ بِهِ ona əlavə olunan merfu, فَالْأَصْلُ əsil merfuya gəldikdə; هُوَ الْفَاعِلُ o faildir, وَ هُوَ عَلَى ضَرْبَيْنِ o da iki növə bölünür; مُظْهَرٌ zahir fail, misal üçün; ضَرَبَ زَيْدٌ "Zeyd vurdu" cümləsindəki زَيْدٌ kimi, وَ مُضْمَرٌ və gizli fail, misal üçün; ضَرَبْتُ "Mən vurdum" cümləsindəki ـتُ açıq merfu bitişik zamiri və زَيْدٌ ضَرَبَ "Zeyd vurdu" cümləsində ضَرَبَ felinin altında gizli zamir kimi, وَ الْمُلْحَقُ بِهِ və əsil merfuya əlavə olunan merfu isə خَمْسَةُ أَضْرُبٍ beş növə bölünür.

Merfular

Merfular, əsil və ona əlavə olunan merfu olmaqla iki növə bölünür. Əsil merfu faildir və o da zahir və gizli olmaqla iki növə bölünür. Zahir fail ضَرَبَ زَيْدٌ "Zeyd vurdu" cümləsindəki زَيْدٌ sözüdür. Gizli fail isə ضَرَبْتُ "Mən vurdum" cümləsindəki açıq merfu bitişik zamir olan ـتُ sözüdür və həmçinin زَيْدٌ ضَرَبَ "Zeyd vurdu" cümləsində ضَرَبَ sözündə gizli olan هُوَ zamiridir. Əsil merfuya əlavə olunan merfular isə beş növdür, aşağıdakı cədvəldə verilmişdir;

Əsil Merfu olan Failə əlavə olunub merfu olanlar
Mübtəda və Xəbər
Kane'nin İsmi
İnne'nin Xəbəri
Cinsə nefy edən Lâ'nın Xəbəri
Leyse'ye oxşar Mâ və Lâ'nın İsmi
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Mərfuat
🎓
Xoş gəldiniz! Sual soruşun!