Hal Babı
بَابُ الْحَالِ
وَ هُوَ وَصْفٌ فَضْلَةٌ يَقَعُ فِي جَوَابِ كَيْفَ، كَضَرَبْتُ اللِّصَّ مَكْتُوفًا. وَ شِرْطُهَا التَّنْكِيرِ وَ شَرْطُ صَاحِبِهَا التَّعْرِيفُ أَوِ التَّخْصِيصُ أَوِ التَّعْمِيمُ أَوِ التَّأْخِيرُ، نَحْوُ؛ خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ القمر ٧، فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاءً لِلسَّائِلِينَ فصلت ١٠، وَ مَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلاَّ لَهَا مُنْذِرُونَ الشعراء ٢٠٨، لِمَيِّةَ مُوحِشًا طَلَلٌ
وَ هُوَ və o, yəni hal olan söz, وَصْفٌ فَضْلَةٌ əlavə olan bir sifətdir, يَقَعُ فِي جَوَابِ كَيْفَ "necə" sualının cavabı olaraq cümlədə yer alır, misal üçün; ضَرَبْتُ اللِّصَّ مَكْتُوفًا "Oğruya əlləri arxadan bağlı halda vurdum" kimi. وَ شِرْطُهَا التَّنْكِيرِ hal olan sözün şərti nekirə (müəyyən olmayan) olmasıdır, وَ شَرْطُ صَاحِبِهَا hal sahibinin şərti isə, التَّعْرِيفُ müəyyənlik, أَوِ التَّخْصِيصُ ya təxsis, أَوِ التَّعْمِيمُ ya təmim, أَوِ التَّأْخِيرُ ya təxir olmasıdır. Misal üçün; خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ "Gözləri qorxu ilə aşağı, çıxırlar" (Qəmər 7), فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاءً لِلسَّائِلِينَ "Soruşanlar üçün bərabər dörd gün ərzində..." (Fussilət 10), وَ مَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلاَّ لَهَا مُنْذِرُونَ "Biz heç bir kəndi xəbərdarlıq edənlərsiz məhv etmədik" (Şuara 208), لِمَيِّةَ مُوحِشًا طَلَلٌ "Meyyənin ürküdücü qalıqları var" kimi.
Hal Babı
Hal, "necə" sualının cavabı olaraq cümlədə əlavə yer alan sifətdir, misal üçün:
ضَرَبْتُ اللِّصَّ مَكْتُوفًا
“Oğrunun əlləri arxadan bağlı olduğu halda ona vurdum” ifadəsində مَكْتُوفًا sözü hal’dır, bu halın sahibi isə اللِّصَّ sözüdür. Yalnız “oğruya vurdum” deyilsə və qarşı tərəf “Necə vurdun?” soruşsaydı, cavab olaraq hal olan bir söz verilərdi. Hal olan sözlər mansubatdandır.
Hal olan sözün vaki olması üçün şərt onun nekire olmasıdır. Lakin hal sahibinin, yəni zu l-hal olan sözün vaki olması üçün şərt nekire, xas, ümumi və muəxxər (yəni haldan sonra gəlmiş olması) olmasıdır, misallar:
خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ
“Gözlərini qorxu bürümüş halda çıxırlar” ayəsində خُشَّعًا sözü يَخْرُجُونَ felinin altında olan müstətir zamir olan هُمْ sözünün halıdır və zu l-hal olan هُمْ zamiri marifədir.
فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاءً لِلسَّائِلِينَ
“Soruşanlar üçün bərabər olaraq dörd mərhələdə..” ayəsində سَوَاءً sözü أَرْبَعَةِ sözündən hal’dır. Zu l-hal olan أَرْبَعَةِ sözü nekire olsa da أَيَّامٍ sözünə izafə olub xaslaşmışdır.
وَ مَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلاَّ لَهَا مُنْذِرُونَ
“Biz heç bir kəndi xəbərdarlıq edənləri olmadan məhv etmədik” ayəsində لَهَا مُنْذِرُونَ cümləsi قَرْيَةٍ sözündən hal’dır. Zu l-hal olan قَرْيَةٍ sözü nekiredir.
لِمَيِّةَ مُوحِشًا طَلَلٌ
“Meyyənin ürküdücü qalıqları var” ifadəsində isə مُوحِشًا sözü طَلَلٌ sözündən hal’dır və zu l-hal olan طَلَلٌ sözü hal olan sözdən sonra gəlib təxir edilmişdir.