Məf'ul-Leh (Liyəclih)

اَلْمَفْعُولُ لَهُ

وَ هُوَ الْمَصْدَرُ الْمُعَلِّلُ لِحَدَثِ شَارَكَهُ وَقْتًا وَ فَاعِلاً، كَقُمْتُ إِجْلاَلاً لَكَ. فَإِنْ فَقَدَ الْمُعَلِّلُ شَرْطًا جُرَّ بِحَرْفِ التَّعْلِيلِ، نَحْوُ؛ خَلَقَ لَكُمْ البقرة ٢٩، وَ إِنِّي لَتَعْرُونِي لِذِكْرَاكِ هِزَّةٌ، فَجِئْتُ وَ قَدْ نَضَّتْ لِنَوْمٍ ثِيَابَهَا

وَ هُوَ və o, yəni meful-u leh, الْمَصْدَرُ الْمُعَلِّلُ səbəb kimi gətirilən masdardır, لِحَدَثِ hadis üçün, شَارَكَهُ ona, yəni meful-u lehə ortaq olan, وَقْتًا وَ فَاعِلاً zaman və faildə, كَ kimi; قُمْتُ إِجْلاَلاً لَكَ "Sənə hörmət etmək üçün ayağa qalxdım" kimi, فَإِنْ فَقَدَ əgər itirərsə, الْمُعَلِّلُ səbəb üçün zikr olunan masdar, شَرْطًا bir şərtini, جُرَّ بِحَرْفِ التَّعْلِيلِ səbəb bildirən hərflə cər olunur, نَحْوُ misalı belədir; خَلَقَ لَكُمْ "Sizin üçün yaratdı" Bəqərə 29, və şairin bu beytində; وَ إِنِّي لَتَعْرُونِي şübhəsiz məni alır, لِذِكْرَاكِ səni xatırlamaqdan ötrü, هِزَّةٌ bir titrəmə "Şübhəsiz səni xatırlamaqdan ötrü məni bir titrəmə alır" kimi və فَجِئْتُ o halda mən gəldim, وَ قَدْ نَضَّتْ qadın çıxartmışdı, لِنَوْمٍ yatmaq üçün, ثِيَابَهَا paltarını, "Qadın yatmaq üçün paltarını çıxardığı anda mən gəldim" kimi.

Məf'ulü Leh (Liyəclih)

Fail və zamanda məf'ulü lehə ortaq olan hadis üçün səbəb kimi zikr olunan masdardır. Misalı;

قُمْتُ إِجْلاَلاً لَكَ

"Sənə hörmət etmək üçün ayağa qalxdım" ifadəsində إِجْلاَلاً masdarı məf'ulü lehdır.

Əgər zikr olunan masdar bir şərtini itirərsə, o halda səbəb bildirən hərflərlə cər olunur, misal;

خَلَقَ لَكُمْ

"Sizin üçün yaratdı" kimi.

وَ إِنِّي لَتَعْرُونِي لِذِكْرَاكِ هِزَّةٌ

"Şübhəsiz səni xatırlamaqdan ötrü məni bir titrəmə alır" ifadəsində لِذِكْرَاكِ sözü,

فَجِئْتُ وَ قَدْ نَضَّتْ لِنَوْمٍ ثِيَابَهَا

"Qadın yatmaq üçün paltarını çıxardığı anda mən gəldim" ifadəsində لِنَوْمٍ sözləri məf'ulü lehdır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Məf'ul-Leh (Liyəclih)
🎓
Xoş gəldiniz! Sual soruşun!