5-ci Növ | Muzari Feli Nasb edənlər

اَلنَّوْعُ الْخَامِسُ

حُرُوفٌ تَنْصِبُ الْفِعْلَ الْمُضَارِعَ وَ هِيَ أَرْبَعَةُ أَحْرُفٍ، أَنْ؛ لِلْإِسْتِقْبَالِ، نَحْوُ؛ أُرِيدُ أَنْ أَخْرَجَ، وَ لَنْ؛ لِلتَّأْكِيدِ نَفْيِ الْإِسْتِقْبَالِ، نَحْوُ قَوْلِهِ تَعَالَى؛ لَنْ أَبْرَحَ الْأَرْضَ، وَ كَيْ؛ لِلتَّعْلِيلِ، نَحْوُ؛ جِئْتُكَ كَيْ تُعْطِيَنِي حَقِّي، وَ إِذَنْ؛ جَوَابٌ وَ جَزَاءٌ، نَحْوُ قَوْلِكَ؛ إِذَنْ أُكْرِمَكَ، مَنْ قَالَ أَنَا آتِيكَ

حُرُوفٌ bəzi hərflərdir, تَنْصِبُ الْفِعْلَ الْمُضَارِعَ muzari feli nasb edirlər, وَ هِيَ أَرْبَعَةُ أَحْرُفٍ və muzari feli nasb edən ədatlar dörd ədəd olur; أَنْ en, لِلْإِسْتِقْبَالِ gələcək üçün, نَحْوُ misalı belədir; أُرِيدُ أَنْ أَخْرَجَ "Çıxmaq istəyirəm" kimi, وَ لَنْ və len, لِلتَّأْكِيدِ نَفْيِ الْإِسْتِقْبَالِ gələcəyin inkarını təsdiqləmək üçün, نَحْوُ قَوْلِهِ تَعَالَى misalı Allahın bu sözündə olduğu kimi; لَنْ أَبْرَحَ الْأَرْضَ "Heç vaxt bu torpaqdan ayrılmayacağam" (Yusuf 80), وَ كَيْ və key, لِلتَّعْلِيلِ səbəb üçün; نَحْوُ misalı belədir; جِئْتُكَ كَيْ تُعْطِيَنِي حَقِّي "Haqqımı mənə verəsən deyə sənə gəldim" kimi, وَ إِذَنْ və izən, جَوَابٌ وَ جَزَاءٌ cavab və qarşılıq üçün, نَحْوُ قَوْلِكَ misalı sənin bu sözündə olduğu kimi; إِذَنْ أُكْرِمَكَ "O halda sənə hörmət edərəm" şəklində verilən cavab, مَنْ قَالَ أَنَا آتِيكَ "Sənə gələcəyəm" deyənə verilmişdir.

Beşinci Növ: Muzari Feli Nasb Edənlər

Səmai amillərin beşinci növü, muzari feli nasb edən hərflərdir və dörd ədəd olur. Aşağıda cədvəldə verilmişdir.

أَنْ Gələcək üçün
لَنْ Gələcəyin inkarını təsdiqləmək üçün
كَيْ Səbəb üçün
إِذَنْ Cavab və qarşılıq üçün

En

أُرِيدُ أَنْ أَخْرَجَ

“Çıxmağımı istəyirəm” tərkibində أُرِيدُ ecvef muzari feli, nasb və cevazımdan təcərrüd edərək merfu olub, ref əlaməti axırındakı zahir dammə ilədir. Fəili, altında mütləq müstətir olan və təqdiri أَنَا olan zamirdir. أَنْ masdara təvil edən nasb hərfi, أَخْرَجَ səhih muzari feli, en-i masdariyyə ilə mansub, nasb əlaməti axırındakı zahir fətə ilədir. Fəili, altında mütləq müstətir olan və təqdiri أَنَا olan zamirdir. En və ma ba’dı, yəni أَخْرَجَ ləfzı birgə, təqdiri الْخُرُوجَ olan mahallən mefulun bih, mansub bir masdar təvilindədir. Yəni tərkibin təqdiri أُرِيدُ الْخُرُوجَ “Çıxmağı istəyirəm” şəklindədir.

Len

لَنْ أَبْرَحَ الْأَرْضَ

“Heç vaxt bu torpaqdan ayrılmayacağam” ayə-i kəriməsində لَنْ nefy hərfi, nasb hərfi, istikbal hərfi, أَبْرَحَ səhih muzari feli, Len edatı ilə mansub, nasb əlaməti axırındakı zahir fətə ilədir. Fəili, altında mütləq müstətir və təqdiri أَنَا olan zamirdir. الْأَرْضَ mefulun bih, mansub, nasb əlaməti axırındakı zahir fətə ilədir.

Key

جِئْتُكَ كَيْ تُعْطِيَنِي حَقِّي

“Haqqımı mənə verməyin üçün sənə gəldim” tərkibində جَاءَ mehmuz ul-lam olan ecvef keçmiş feli, özünə mütəhərrik merfu muttasıl zamirin birləşməsi ilə sükun üzərində mebni, التَّاءُ dammə üzərində mebni merfu muttasıl zamir, fəil, ـكَ mahallən mansub muttasıl zamir, mefulun bih, كَيْ nasb və tə’lil hərfi, تُعْطِيَ naqis muzari feli, key edatı ilə mansub, nasb əlaməti axırındakı zahir fətə ilədir, النُّونُ vikaye üçündür, اليَاءُ mahallən mansub muttasıl zamir, أَعْطَى felinin birinci mefulü, حَقِّ ləfzı أَعْطَى felinin ikinci mefulü olmaqla mahallən mansub, muzaf, الْيَاءُ mecrur muttasıl zamir, muzafun ileyh.

İzen

Bir şəxs;

أَنَا آتِيكَ

“Sənə gəlirəm” deyərsə, o şəxsə cavab və ya qarşılıq olaraq;

إِذَنْ أُكْرِمَكَ

“Əgər gəlsən, onda mən də sənə ikram edərəm” deyə cavab və ya qarşılıq verə bilərik. أَنَا آتِيكَ tərkibində أَنَا mahallən merfu munfasıl zamir, mübtəda, آتِي feli أَتَى felinin ism-i failidir. Fəili, cevazen müstətir və təqdirən أَنَا olan zamirdir. ـكَ mefulun bih, mahallən mansub muttasıl zamir. İZƏN أُكْرِمَكَ tərkibinə gəldikdə إِذَنْ cavab hərfi, nasb hərfi, cəza hərfi, أُكْرِمَ səhih muzari feli, İZƏN edatı ilə mansub, nasb əlaməti axırındakı zahir fətə ilədir. Fəili, altında mütləq müstətir və təqdiri أَنَا olan zamirdir. ـكَ mefulun bih olub mahallən mansub muttasıl zamirdir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 5-ci Növ | Muzari Feli Nasb edənlər
🎓
Xoş gəldiniz! Sual soruşun!