Lakinne
وَ لَكِنَّ لِلْإِسْتِدْرَاكِ، نَحْوُ؛ جَاءَنِي زَيْدٌ لَكِنَّ عَمْرًا لَمْ يَجِئْ
وَ لَكِنَّ və lakinne, لِلْإِسْتِدْرَاكِ istidrak, şübhəni aradan qaldırmaq, bir şeyi aydınlaşdırmaq, dəqiqləşdirmək, yaxşı başa düşmək üçün istifadə olunur, نَحْوُ misalı belədir; جَاءَنِي زَيْدٌ لَكِنَّ عَمْرًا لَمْ يَجِئْ “Mənə Zeyd gəldi, lakin Amr gəlmədi” kimi.
Mətnin Ümumi Mənası: İsmini nasb və xəbərini ref edən edatların dördüncüsü lakinne sözüdür, misalı;
جَاءَنِي زَيْدٌ لَكِنَّ عَمْرًا لَمْ يَجِئْ
“Mənə Zeyd gəldi, lakin Amr gəlmədi” tərkibində جَاءَ mehmuz ul-lam olan ecvef keçmiş feli, النُّونُ nun-u vikaye, اليَاءُ məhələn mefulun bih, mansub muttasıl zamir, زَيْدٌ fail, merfu, ref əlaməti axırındakı zahir dammədir, لَكِنَّ istidrak hərfi, عَمْرًا lakinne-nin ismi, mansub, nasb əlaməti axırındakı zahir fəthədir, لَمْ cəzm edatı, يَجِئْ lem edatı ilə hərəkəsi hazf olunmuş meczum muzari feli, faili özündə cavazən müstətir və təqdiri هُوَ olan zamirdir, لَمْ يَجِئْ cümləsi lakinne-nin xəbəri olub məhələn merfudur.