Keenne
وَ كَأَنَّ لِلتَّشْبِيهِ، نَحْوُ؛ كَأَنَّ زَيْدًا اَلْأَسَدُ
وَ كَأَنَّ və keenne, لِلتَّشْبِيهِ təşbih, yəni bənzətmə üçün istifadə olunur, نَحْوُ misalı belədir; كَأَنَّ زَيْدًا اَلْأَسَدَ "Zeyd sanki şir kimidir" kimi.
Mətnin Ümumi Mənası: İsmini nəsb və xəbərini rəf edən ədatların üçüncüsü keenne sözüdür, misalı;
كَأَنَّ زَيْدًا اَلْأَسَدُ
"Zeyd sanki şir kimidir" tərkibində كَأَنَّ təşbih hərfi, زَيْدًا keenne'nin ismi və mənsub, nəsb əlaməti sondakı zahir fəthə ilədir, اَلْأَسَدُ keenne'nin xəbəri və mərfu, rəf əlaməti sondakı zahir dammə ilədir.