İnne və Enne
إِنَّ və أَنَّ təhqiq üçün, Nəhv; إِنَّ زَيْدًا مُنْطَلِقٌ və بَلَغَنِي أَنَّ زَيْدًا ذَاهِبٌ
إِنَّ və أَنَّ (inne və enne) təhqiq, möhkəmləndirmə üçün işlədilir, misalları belədir; إِنَّ زَيْدًا مُنْطَلِقٌ “Şübhəsiz ki, Zeyd gedicidir” və بَلَغَنِي أَنَّ زَيْدًا ذَاهِبٌ “Zeydin gedici olduğu (xəbəri) mənə çatdı” kimi.
Mətnin Ümumi Mənası: İsmini nəsb və xəbərini rəf edən ədatların birincisi və ikincisi inne və enne sözləridir, misalları;
إِنَّ زَيْدًا مُنْطَلِقٌ
“Şübhəsiz ki, Zeyd gedicidir” tərkibində إِنَّ tə’kid hərfi, زَيْدًا inne-nin ismi və mənsub, nəsb əlaməti sondakı zahir fəthə ilədir. مُنْطَلِقٌ inne-nin xəbəri və mərfu, rəf əlaməti sondakı zahir dammə ilədir.
بَلَغَنِي أَنَّ زَيْدًا ذَاهِبٌ
“Zeydin gedici olduğu (xəbəri) mənə çatdı” tərkibində بَلَغَ səhih fiil-i mazi, النُّونُ vikayə üçün, اليَاءُ məhəllən məfulun bih olan mənsub zamir, أَنَّ tə’kid hərfi, زَيْدًا enne-nin ismi və mənsub, nəsb əlaməti sondakı zahir fəthə ilədir. ذَاهِبٌ enne-nin xəbəri və mərfu, rəf əlaməti sondakı zahir dammə ilədir. Enne, ismi və xəbəri ilə məstər təvilində olub بَلَغَ fiilinin failidir.
Qeyd: İnne cümlənin əvvəlində gəlir, amma enne heç vaxt cümlənin əvvəlində gəlmir. Cümlənin ortasında işlədilir.