2-ci Növ | İnne və Oxşarları | 6

اَلنَّوْعُ الثَّانِي

حَرُوفٌ تَنْصِبُ الْاِسْمَ وَ تَرْفَعُ الْخَبَرَ، وَ هِيَ سِتَّةُ أَحْرُفٍ

حَرُوفٌ bir sıra hərflərdir, تَنْصِبُ الْاِسْمَ ismi nəsb edən, وَ تَرْفَعُ الْخَبَرَ və xəbəri rəf edən, وَ هِيَ və ismini nəsb, xəbərini rəf edən hərflər, سِتَّةُ أَحْرُفٍ altı ədəd hərfdir.

İkinci Növ: İnne və Oxşarları

Səmai amillərin ikinci növü, ismini nəsb və xəbərini rəf edən hərflərdir. Bu hərflər isə altı ədəddir. Cədvəldə baxaq;

إِنَّ لِلتَّحْقِيقِ Təhqiq, yəni möhkəmləndirmək üçün
أَنَّ
كَأَنَّ لِلتَّشْبِيهِ Bənzətmə üçün
لَكِنَّ لِلْإِسْتِدْرَاكِ Şübhəni aradan qaldırmaq üçün
لَيْتَ لِلتَّمَنِّي Arzu üçün
لَعَلَّ لِلتَّرَجِّي Ümid üçün
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 2-ci Növ | İnne və Oxşarları | 6
🎓
Xoş gəldiniz! Sual soruşun!