Əlâ Hərfi-Cərr

وَ عَلَى؛ لِلْإِسْتِعْلَاءِ، نَحْوُ؛ عَلَيْهِ دَيْنٌ، وَ زَيْدٌ عَلَى السَّطْحِ. وَ قَدْ يَكُونُ عَلَى فِعْلاً، نَحْوُ قَوْلِهِ تَعَالَى؛ إِنَّ فِرْعَوْنَ عَلاَ فِي الْأَرْضِ

وَ عَلَى və ‘alâ (üzərində) hərfi-cər; لِلْإِسْتِعْلَاءِ isti’la üçün istifadə olunur, نَحْوُ misalı belədir; عَلَيْهِ دَيْنٌ “Borcu onun üzərindədir”, وَ زَيْدٌ عَلَى السَّطْحِ “Zeyd səthdədir”, وَ قَدْ يَكُونُ عَلَى فِعْلاً və bəzən bu ‘alâ hərfi-cər fel kimi işlənə bilər, نَحْوُ قَوْلِهِ تَعَالَى Allah-taalanın bu sözündə olduğu kimi; إِنَّ فِرْعَوْنَ عَلاَ فِي الْأَرْضِ “Şübhəsiz Firon yer üzərində (təkəbbür və zalımlıq baxımından) yüksək oldu”

'Alâ Hərfi-Cəri

لِلْإِسْتِعْلَاءِ Üzərində olmaq

Üzərində olmaq (İsti'la) mənasında istifadə olunması

عَلَيْهِ دَيْنٌ

“Borcu onun üzərindədir, onundur” ifadəsində علَى hərfi-cər, الهَاءُ məcrur müttəsil zamir. Cər və məcrur təqdirən mahzuf qabaqcıl xəbər üzərinə aid olur. دَيْنٌ sonradan gələn mübtəda, mərfu, mərfu əlaməti axırındakı zahir dammadır.

زَيْدٌ عَلَى السَّطْحِ

“Zeyd səthdədir, üzərindədir” ifadəsində زَيْدٌ mübtəda, mərfu, mərfu əlaməti müfrəd və münsərif olduğu üçün zahir damma ilədir. عَلَى hərfi-cər, السَّطْحِ 'alâ hərfi-cəri ilə məcrur, cər əlaməti axırındakı zahir kəsrədir. Cər və məcrur, mübtədanın təqdirən mərfu olan mahzuf xəbərinə - yəni كَائِنٌ və ya كَانَ kimi bir felə - aid olur.

-'Alâ hərfi-cəri bəzən fel kimi istifadə olunur;

Keçmiş İndiki Məstər
عَلَا يَعْلُو عُلُوًّا

إِنَّ فِرْعَوْنَ عَلاَ فِي الْأَرْضِ

“Şübhəsiz Firon yer üzərində (təkəbbür və zalımlıq baxımından) yüksək oldu” Safvet ut-Təfasirə görə Firon Misir torpağında azğınlıqda həddi aşdı, təkəbbür etdi və zalım oldu. إِنَّ hurufun müşəbbəhə tun bil-fi'li, tə'kid hərfi, فِرْعَوْنَ inənin ismi, mənsub, mənsub əlaməti zahir fətha ilədir. عَلاَ naqis keçmiş fel, faili altında gizlənən və təqdiri هُوَ olan müstətir zamirdir, فِي hərfi-cər, الأَرْضِ məcrur, cər əlaməti axırındakı zahir kəsrədir. Cər və məcrur عَلاَ felinə aid olur.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Əlâ Hərfi-Cərr
🎓
Xoş gəldiniz! Sual soruşun!