Rubbe hərf-i cərr
وَ رُبَّ؛ لِلتَّقْلِيلِ، نَحْوُ؛ رُبَّ رَجُلٍ جَوَادٍ لَقِيتُهُ، وَ رُبَّ رَجُلٍ أَبُوهُ كَرِيمٌ لَقِيتُهُ، وَ رُبَّ رَجُلٍ كَرُمَ أَبُوهُ لَقِيتُهُ
وَ رُبَّ və rubbe (neçə) hərfi-cər; لِلتَّقْلِيلِ azlıq üçün istifadə olunur, نَحْوُ misalı belədir; رُبَّ رَجُلٍ جَوَادٍ لَقِيتُهُ “Neçə səxavətli adamla qarşılaşdım”, وَ رُبَّ رَجُلٍ أَبُوهُ كَرِيمٌ لَقِيتُهُ “Atası səxavətli olan neçə adamla qarşılaşdım”, وَ رُبَّ رَجُلٍ كَرُمَ أَبُوهُ لَقِيتُهُ “Atası səxavətli olan neçə adamla qarşılaşdım”.
Rubbe Hərfi-cər
| لِلتَّقْلِيلِ | Azlıq üçün |
Azlıq (Təqil) mənasında istifadə olunması
رُبَّ رَجُلٍ جَوَادٍ لَقِيتُهُ
“Neçə səxavətli adamla qarşılaşdım” ifadəsində رُبَّ hərfi-cər, رَجُلٍ hərfi-cərlə ləfzən məcrur, təqdirən mərfu mübtədadır. Cər və məcrur heç bir şeyə aid olmur. جَوَادٍ sözü رَجُلٍ sözünün sifətidir, لَقِيَ naqis keçmiş feil. التَّاءُ mərfu muttəsil zamir, dammə üzərində mərfu olub faildir, الهَاءُ mansub muttəsil zamir və mefulun bih.
رُبَّ رَجُلٍ أَبُوهُ كَرِيمٌ لَقِيتُهُ
“Atası səxavətli olan neçə adamla qarşılaşdım” ifadəsində رُبَّ hərfi-cər, رَجُلٍ hərfi-cərlə ləfzən məcrur, təqdirən mərfu mübtədadır. أَبُوهُ esma-i sittədən olduğu üçün vav ilə mərfu mübtəda, كَرِيمٌ mübtədanın xəbəri, mərfu, rəf alaməti dammə ilədir, xəbər və mübtəda isim cümləsi olub mahallen məcrurdur, çünki رَجُلْ sözünün sifətidir. لَقِيَ naqis keçmiş feil. التَّاءُ mərfu muttəsil zamir, dammə üzərində mərfu olub faildir, الهَاءُ mansub muttəsil zamir və mefulun bih.
رُبَّ رَجُلٍ كَرُمَ أَبُوهُ لَقِيتُهُ
“Atası səxavətli olan neçə adamla qarşılaşdım” ifadəsində رُبَّ hərfi-cər, رَجُلٍ hərfi-cərlə ləfzən məcrur, təqdirən mərfu mübtədadır. كَرُمَ səhih keçmiş feil, fətah üzərində məbni, irabdan məhalli yoxdur. أَبُوهُ esma-i sittədən olduğu üçün vav ilə mərfu mübtəda, və كَرُمَ أَبُوهُ feil cümləsi mahallen məcrurdur, çünki رَجُلْ sözünün sifətidir.
Qeyd: Musannifin 3 misal verməsi, rubbe'nin məcrurunun bir sifətdən xali ola bilməyəcəyinə işarədir. Bu sifət birinci misalda müfrəd, ikinci misalda isim cümləsi və üçüncü misalda isə feil cümləsi olaraq qarşımıza çıxır.