Fiy hərf-i cərr
وَ فِي; لILLƏ ZARFİYYƏT ÜÇÜN, MİSAL; اَلْمَالُ فِي الْكِيسِ, وَ نَظَرْتُ فِي الْكِتَابِ, وَ بِمَعْنَى عَلَى, Allahın kəlamında olduğu kimi; وَ لَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ
وَ فِي və fiy (içində) hərfi-cər; لِلظَّرْفِيَّةِ zarf üçün, misal; اَلْمَالُ فِي الْكِيسِ “Mal kisədədir”, وَ نَظَرْتُ فِي الْكِتَابِ “Kitabdakına baxdım”, وَ بِمَعْنَى عَلَى və 'ala mənasında, Allah-taalanın kəlamında olduğu kimi; وَ لَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ “Sizi xurma ağacının budaqlarına asacağam” Taha 71.
Fiy Hərfi-Cəri
| لِلظَّرْفِيَّةِ | Zarflıq |
| بِمَعْنَى عَلَى | 'Ala mənasında |
Zarf (məkan və ya zaman) mənasında işlədilməsi
اَلْمَالُ فِي الْكِيسِ
“Mal kisədədir” ifadəsində اَلْمَالُ merfu mübtəda, ref əlaməti dammə ilə, فِي hərfi-cərdir, الْكِيسِ fiy hərfi-cəri ilə məcrur, cər əlaməti axırındakı zahir kəsrədir. Cər və məcrur mübtədanın təqdirən merfu olan və hazf edilmiş xəbəri olur. Cər və məcrurun əlaqələndiyi gizli merfu xəbər مَوْجُودٌ ola bilər.
وَ نَظَرْتُ فِي الْكِتَابِ
“Və kitabdakına (kitabdakı şeyə) baxdım” ifadəsində الوَاوُ atıf hərfi, نَظَرَ səhih keçmiş fiil, ona mütəhərrik merfu muttasıl zamirin birləşməsi ilə sukun üzərində məbni, التَّاءُ merfu muttasıl zamir, dammə üzərində merfu, mahallen merfu olub faildir. فِي hərfi-cər, الْكِتَابِ isə fiy hərfi-cəri ilə məcrur, cər əlaməti axırındakı zahir kəsrədir. Cər və məcrur birlikdə نَظَرَ fiilinə əlaqəlidir.
'Ala (İsti'la) mənasında işlədilməsi
وَ لَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ
"Sizi xurma budaqlarına (üzərinə) asacağam" ayəsində الوَاوُ atıf hərfi, لَ tə'kid lamı, أُصَلِّبَ müşəddəd tə'kid nununun birləşməsi ilə təqdirən fatha üzərində merfu muzari fiil, altında müstətir və fail olan أَنَا "mən" zamiri var. النُّونُ tə'kid üçün, كُمْ mefulun bih olmaq üzrə mahallen mansub muttasıl zamir. فِي hərfi-cər, جُذُوعِ fiy hərfi-cəri ilə məcrur, cər əlaməti axırındakı zahir kəsrədir və eyni zamanda muzafdır. Cər və məcrur birlikdə أُصَلِّبَ fiilinə əlaqəlidir. النَّخْلِ muzafun ileyh, məcrur, cər əlaməti axırındakı zahir kəsrədir.