Zanne və oxşarları

ظَنَّ وَ أَخَوَاتُهَا

Üçüncü; ظَنَّ "zənn etdi", رَأَى "gördü", حَسِبَ "sandı", دَرَى "anladı", خَالَ "bildi", زَعَمَ "iddia etdi", وَجَدَ "tapdı", عَلِمَ "bildi" kimi الْقَلْبِيَّاتُ - ürək fiilləri, bu fiillər iki məf'ulu nəsb edirlər, misal; رَأَيْتُ اللهَ أَكْبَرَ كُلِّ شَيْئٍ "Allahı hər şeydən böyük bildim (gördüm)". Bu ürək fiillərinin əməli üstünlük (rüchanlıq) halında ləğv olunur, əgər cümlənin sonunda gəlirlərsə, misal; اَلْقَوْمُ فِي أَثَرِي ظَنَنْتُ "Qövmün məni izlədiyini zənn etdim". Ortada gəldikdə isə əməlinin ləğv olunub olunmaması bərabərdir, misal; وَ فِي الْأَرَاجِيزِ خِلْتُ اللُّؤْمَ وَ الْخَوَرَا "Adilik və alçaqlığın əraciz (şeir)dən olduğunu bildim (anladım)". Əgər onları izləyən مَا, لا, اِن (nəfi), ya لامُ الْإِبْتِدَاءِ, ya قسم, ya İstifham olarsa, əməli ləğv olunur, bu hal vacibdir və buna tə'liq (bağlama) deyilir, misal; لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَى "Hansı tərəfin daha yaxşı hesab etdiyini bilmək üçün" (Kehf 12), burada عَلِمَ ürək fiilindən türeyən نَعْلَمُ fiili lam ul-ibtida ilə başlayıb və əməli ləğv olunub. نَعْلَمُ ürək fiili cümlənin bütününə tə'liq edilmişdir.

Zənn və Oxşarları

Mübtəda və xəbəri nəsx edənlərin üçüncüsü ürək fiilləridir, bir neçəsi aşağıdakı cədvəldə verilmişdir;

ظَنَّ خَالَ
رَأَى زَعَمَ
حَسِبَ وَجَدَ
دَرَى عَلِمَ

Zənn və ona bənzər olan qəlb felləri iki məfulu nəsb edər, misal;

رَأَيْتُ اللهَ أَكْبَرَ كُلِّ شَيْئٍ

“Allahı hər şeyin böyüyü olaraq gördüm (bildim)” kimi.

Bu qəlb felləri cümlənin sonunda gəldikdə, adətən əməli ləğv olunur, misal;

َلْقَوْمُ فِي أَثَرِي ظَنَنْتُ

“Qövmün məni izlədiyini zənn etdim” kimi

Bu qəlb felləri cümlənin ortasında gəldikdə əməlinin ləğv edilib-edilməməsi bərabərdir, misal;

وَ فِي الْأَرَاجِيزِ خِلْتُ اللُّؤْمَ وَ الْخَوَرَا

“Alçaqlıq və aşağılığın recəz adlanan şeirdən olduğunu bildim (anladım)” kimi.

Əgər qəlb fellərindən sonra ma və la-i nafiye, in, lam-ı ibtida, qəsəm və ya istifham gələrsə, mütləq olaraq əməli ləğv edilir. Bu işə ta'liq deyilir, misal;

لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَى

“İki tərəfdən hansının daha yaxşı hesab etdiyini bilməyimiz üçün” kimi.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Zanne və oxşarları
🎓
Xoş gəldiniz! Sual soruşun!