Nəkirə və Marifə
النَّكِرَةُ وَ الْمَعْرِفَةُ
فَصْلٌ: اَلْاِسْمُ ضَرْبَانِ;
نَكِرَةٌ؛ وَ هُوَ مَا شَاعَ فِي جِنْسٍ مَوْجُودٍ كَرَجُلٍ أَوْ مُقَدَّرٍ كَشَمْسٍ،
وَ الْمَعْرِفَةُ؛ وَ هِيَ سِتَّةٌ؛
فَصْلٌ bir fəsil; اَلْاِسْمُ ضَرْبَانِ isim iki hissəyə bölünür, birincisi نَكِرَةٌ nəkirə, وَ هُوَ مَا o nəkirə elə bir sözüdür ki; شَاعَ yayılmışdır, فِي جِنْسٍ مَوْجُودٍ mövcud olan cinslərdə, رَجُلٌ “adam” kimi, أوْvə ya, مُقَدَّرٍ təqdir olunur, شَمْسٌ “günəş” kimi.
Nəkirə və Mərifə
Bir fəsil: İsim iki hissəyə bölünür.
Nəkirə: Mövcud olan bir cinsdə yayılmış olan sözə nəkirə deyilir, misal; رَجُلٌ “adam” kimi və ya شَمْسٌ “günəş” kimi təqdir olunan cinsdir.
Mərifə: Altı hissəyə bölünür,
-Zamir
-Əlam
-İşarət ismi
-Məvsul ismi
-Tarif əlifi
-Mərifəyə izafə olunanlar