Halin Babı
بَابُ الْحَالِ
اَلْحَالُ؛ هُوَ الْاِسْمُ الْمَنْصُوبُ الْمُفَسِّرُ لِمَا انْبَهَمَ مِنَ الْهَيْئَاتِ، نَحْوُ قَوْلِكَ؛ جَاءَ زَيْدٌ رَاكِبًا وَ رَكِبْتُ الْفَرَسَ مُسْرَجًا وَ لَقِيتُ عَبْدَ اللهِ رَاكِبًا وَ مَا أَشْبَهَ ذَلِكَ. وَ لاَ يَكُونُ الْحَالُ إِلاَّ نَكِرَةً، وَ لاَ يَكُونُ إِلاَّ بَعْدَ تَمَامِ الْكَلاَمِ، وَ لاَ يَكُونُ صَاحِبُهَا إِلاَّ مَعْرِفَةً
اَلْحَالُ hal, هُوَ الْاِسْمُ الْمَنْصُوبُ mansub bir isimdir, الْمُفَسِّرُ açıqlayıcıdır, لِمَا انْبَهَمَ gizli olan şeyi, مِنَ الْهَيْئَاتِ hallardan, نَحْوُ قَوْلِكَ misal olaraq sənin bu sözündə olduğu kimi; جَاءَ زَيْدٌ رَاكِبًا “Zeyd minici olaraq gəldi”, رَكِبْتُ الْفَرَسَ مُسْرَجًا “Atı eyərli sürdüm”, لَقِيتُ عَبْدَ اللهِ رَاكِبًا “Abdullah ilə minici olduğu halda qarşılaşdım”, وَ مَا أَشْبَهَ ذَلِكَ və bunun kimiləri, وَ لاَ يَكُونُ الْحَالُ hal olmaz, إِلاَّ نَكِرَةً ancaq nekirə olur, وَ لاَ يَكُونُ hal olmaz, إِلاَّ بَعْدَ تَمَامِ الْكَلاَمِ ancaq kəlam tamamlandıqdan sonra olur, وَ لاَ يَكُونُ صَاحِبُهَا hal sahibi olmaz, إِلاَّ مَعْرِفَةً ancaq marifə olur
Hal Babı
Hallardan gizliliyi aradan qaldıran mansub isim hal adlanır, misallar;
جَاءَ زَيْدٌ رَاكِبًا
“Zeyd minici olaraq gəldi”,
رَكِبْتُ الْفَرَسَ مُسْرَجًا
“Atı eyərli sürdüm”,
لَقِيتُ عَبْدَ اللهِ رَاكِبًا
“Abdullah ilə minici olduğu halda qarşılaşdım” kimidir.
Hal ancaq nekirə olur və kəlam tamamlandıqdan sonra gəlir. Hal sahibi isə ancaq marifə olur.