Məzdarın Babı
بَابُ الْمَصْدَرِ
اَلْمَصْدَرُ؛ هُوَ الْاِسْمُ الْمَنْصُوبُ ألَّذِي يَجِيئُ ثَالِثًا فِي تَصْرِيفِ الْفِعْلِ، نَحْوُ؛ ضَرَبَ يَضْرِبُ ضَرْبًا، وَ هُوَ قِسْمَانِ؛ لَفْظِيٌّ وَ مَعْنَوِيٌّ. فَإِنْ وَافَقَ لَفْظُهُ لَفْظَ فِعْلِهِ فَهُوَ لَفْظِيٌّ، نَحْوُ؛ قَتَلْتُهُ قَتْلاً. وَ إِنْ وَافَقَ مَعْنَى فِعْلِهِ دُونَ لَفْظِهِ فَهُوَ مَعْنَوِيٌّ، نَحْوُ؛ جَلَسْتُ قُعُودًا وَ قُمْتُ وَقُوفًا وَ مَا أَشْبَهَ ذَلِكَ
اَلْمَصْدَرُ masdar, هُوَ الْاِسْمُ الْمَنْصُوبُ mansub isimdir, ألَّذِي elə bir isimdir ki, يَجِيئُ üçüncü olaraq gəlir, ثَالِثًا fiil təsrifində, فِي تَصْرِيفِ الْفِعْلِ fiil təsrifində, نَحْوُ belə; əvvəlcə mazi ضَرَبَ deyilir, sonra muzari يَضْرِبُ deyilir və üçüncü olaraq masdar ضَرْبًا deyilir. وَ هُوَ قِسْمَانِ؛ Ləfzi və mənəvi olmaqla iki hissəyə bölünür; فَإِنْ وَافَقَ əgər masdarın ləfzı ilə fiilin ləfzı tam uyğun olarsa, فَهُوَ لَفْظِيٌّ bu ləfzi masdardır, misal; قَتَلْتُهُ قَتْلاً "onu bir öldürmə ilə öldürdüm" kimi. وَ إِنْ وَافَقَ əgər fiilin mənası ilə masdarın mənası uyğun olarsa, lakin ləfzı fərqli olarsa, فَهُوَ مَعْنَوِيٌّ bu mənəvi masdardır, misal; جَلَسْتُ قُعُودًا "bir oturma ilə oturdum", وَ قُمْتُ وَقُوفًا "bir qalxma ilə qalxdım", وَ مَا أَشْبَهَ ذَلِكَ və buna bənzər ifadələr.
Masdarın Babı
Fiil təsrifində üçüncü sırada gələn mansub isimdir. Fiillər təsrif olunarkən əvvəlcə mazi, sonra muzari və üçüncü olaraq masdarlar qeyd olunur. Masdar ləfzi və mənəvi olmaqla iki hissədə araşdırılır. Əgər fiil ilə masdar arasında tam uyğunluq varsa, bu masdara ləfzi masdar, yoxdursa mənəvi masdar deyilir, misalları;
قَتَلْتُهُ قَتْلاً
"Onu bir öldürmə ilə öldürdüm" ifadəsində fiil ilə masdar eyni cinsdədir.
جَلَسْتُ قُعُودًا
"Bir oturma ilə oturdum",
وَ قُمْتُ وَقُوفًا
"Bir qalxma ilə qalxdım" ifadələrində isə fiil ilə masdar fərqli cinsdədir.