Atfın babı
بَابُ الْعَطْفِ
وَ حُرُوفُ الْعَطْفِ عَشَرَةٌ، وَ هِيَ؛ اَلْوَاوُ وَ الْفَاءُ وَ ثُمَّ وَ أَوْ وَ أَمْ وَ إِمَّا وَ بَلْ وَ لاَ وَ لَكِنْ وَ حَتَّى فِي بَعَضِ الْمَوَاضِعَ. فَإِنْ عَطَفْتَ بِهَا عَلَى مَرْفُوعٍ رَفَعْتَ أَوْ عَلَى مَنْصُوبٍ نَصَبْتَ أَوْ عَلَى مَخْفُوضٍ خَفَضْتَ أَوْ عَلَى مَجْزُومٍ جَزَمْتَ، تَقُولُ؛ قَامَ زَيْدٌ وَ عَمْرٌو وَ رَأَيْتُ زَيْدًا وَ عَمْرًا وَ مَرَرْتُ بِزَيْدٍ وَ عَمْرٍو وَ زَيْدٌ لَمْ يَقُمْ وَ لَمْ يَقْعُدْ
Atıf hərfləri ondur; bunlar: vav, fa, summe, ev, em, imma, bel, lâ, lakin və hatta (bəzi yerlərdə). Əgər bu atıf hərflərindən biri ilə merfu bir sözə atıf etsən, matuf olan söz də merfu olur; mansub bir sözə atıf etsən, matuf olan söz də mansub olur; mecrur bir sözə atıf etsən, matuf olan söz də mecrur olur; meczum bir sözə atıf etsən, matuf olan söz də meczum olur. Misal üçün deyirsən: "Zeyd və Amr qalxdı", "Zeydi və Amrı gördüm", "Zeyd və Amra rast gəldim", "Zeyd nə qalxmadı, nə də oturmadı" kimi.
Atfın Babı
Atıf hərfləri ondur. Əgər bu atıf hərfləri ilə merfu bir sözə atıf etsən, matuf olan söz də merfu olur; mansub bir sözə atıf etsən, matuf olan söz də mansub olur; mecrur bir sözə atıf etsən, matuf olan söz də mecrur olur; meczum bir sözə atıf etsən, matuf olan söz də meczum olur. Misallar:
قَامَ زَيْدٌ وَ عَمْرٌو
"Zeyd və Amr qalxdı",
وَ رَأَيْتُ زَيْدًا وَ عَمْرًا
"Zeydi və Amrı gördüm",
مَرَرْتُ بِزَيْدٍ وَ عَمْرٍو
"Zeyd və Amra rast gəldim",
زَيْدٌ لَمْ يَقُمْ وَ لَمْ يَقْعُدْ
"Zeyd nə qalxmadı, nə də oturmadı" kimi