Naib-i failin babı
بَابُ الْمَفْعُولِ ألَّذِي لَمْ يُسَمَّ فَاعِلُهُ
وَ هُوَ الْاِسْمُ الْمَرْفُوعُ ألَّذِي لَمْ يُذْكَرْ مَعَهُ فَاعِلُهُ، فَإِنْ كَانَ الْفِعْلُ مَاضِيًا ضُمَّ أَوَّلُهُ وَ كُسِرَ مَا قَبْلَ آخِرِهِ، وَ إِنْ كَانَ مُضَارِعًا ضُمَّ أَوَّلُهُ وَ فُتِحَ مَا قَبْلَ آخِرِهِ وَ هُوَ عَلَى قِسْمَيْنِ؛ ظَاهِرٌ وَ مُضْمَرٌ. فَالظَّاهِرُ؛ نَحْوُ قَوْلِكَ؛ ضُرِبَ زَيْدٌ وَ يُضْرَبُ زَيْدٌ وَ أُكْرِمَ عَمْرٌو وَ يُكْرِمُ عَمْرٌو. وَ الْمُضْمَرُ؛ اثْنَا عَشَرَ، نَحْوُ؛ ضُرِبَ وَ ضُرِبَا وَ ضُرِبُوا وَ ضُرِبَتَا وَ ضُرِبْنَ وَ ضُرِبْتَ وَ ضُرِبْتُمَا وَ ضُرِبْتُمْ وَ ضُرِبَتْ وَ ضُرِبَتَا وَ ضُرِبْنَ وَ ضُرِبْتُ وَ ضُرِبْنَا
وَ هُوَ الْاِسْمُ الْمَرْفُوعُ ألَّذِي və bu məful isim olan ləfzdır ki, لَمْ يُذْكَرْ مَعَهُ فَاعِلُهُ faili onunla birlikdə zikr olunmur, فَإِنْ كَانَ الْفِعْلُ مَاضِيًا əgər feil keçmiş zamandadırsa, ضُمَّ أَوَّلُهُ birinci hərfi, yəni feil kökünün birinci hərfi dammələnir, وَ كُسِرَ مَا قَبْلَ آخِرِهِ və sondan əvvəlki hərfi, yəni kökün ikinci hərfi kəsrələnir, وَ إِنْ كَانَ مُضَارِعًا əgər feil indiki- gələcək zamandadırsa, ضُمَّ أَوَّلُهُ birinci hərfi, yəni muzariyyə hərfi dammələnir, وَ فُتِحَ مَا قَبْلَ آخِرِهِ və sondan əvvəlki hərfi, yəni kökün ikinci hərfi fətələnir, وَ هُوَ عَلَى قِسْمَيْنِ bu naib-fail iki hissəyə bölünür; ظَاهِرٌ وَ مُضْمَرٌ. Zahir və müzmar olaraq, فَالظَّاهِرُ zahirə gəldikdə; نَحْوُ قَوْلِكَ sənin bu sözündə olduğu kimi; ضُرِبَ زَيْدٌ “Zeyd döyüldü”, يُضْرَبُ زَيْدٌ “Zeyd döyülür”, أُكْرِمَ عَمْرٌو “Amra ikram olundu”, يُكْرِمُ عَمْرٌو “Amra ikram olunur”. وَ الْمُضْمَرُ və müzmara gəldikdə; اثْنَا عَشَرَ on iki dənədir; ضُرِبَ وَ ضُرِبَا وَ ضُرِبُوا وَ ضُرِبَتَا وَ ضُرِبْنَ وَ ضُرِبْتَ وَ ضُرِبْتُمَا وَ ضُرِبْتُمْ وَ ضُرِبَتْ وَ ضُرِبَتَا وَ ضُرِبْنَ وَ ضُرِبْتُ وَ ضُرِبْنَا feil formalarında olduğu kimi gizli əvəzliklər müzmar naib-faildir.
Faili Adı Çəkilməyən Məful & Naib-Failin Babı
Faili özü ilə birlikdə zikr olunmayan merfu isim; Əgər feil keçmiş zamandadırsa birinci hərfi dammələnir, sondan əvvəlki hərfi isə kəsrələnir. Əgər feil indiki-gələcək zamandadırsa birinci hərfi dammələnir, sondan əvvəlki hərfi fətələnir. Naib-fail zahir və müzmar olmaqla iki hissəyə bölünür. Zahir naib-fail aşağıdakı misallardakı məchul feil formalarından sonra gələn ləfzlərdir;
ضُرِبَ زَيْدٌ
“Zeyd döyüldü”,
يُضْرَبُ زَيْدٌ
“Zeyd döyülür”,
أُكْرِمَ عَمْرٌو
“Amra ikram olundu”,
يُكْرِمُ عَمْرٌو
“Amra ikram olunur”
Müzmar naib-fail isə məchul feil formalarının altında gizli olan əvəzliklərdir;
| Müzmar Naib-fail | Məchul Mazi | Məchul Muzari |
| هُوَ | ضُرِبَ | يُضْرَبُ |
| هُمَا | ضُرِبَا | يُضْرَبَانِ |
| هُمْ | ضُرِبُوا | يُضْرَبُونَ |
| هِيَ | ضُرِبَتْ | تُضْرَبُ |
| هُمَا | ضُرِبَتَا | تُضْرَبَانِ |
| هُمْ | ضُرِبْنَ | يُضْرَبْنَ |
| أَنْتَ | ضُرِبْتَ | تُضْرَبُ |
| أَنْتُمَا | ضُرِبْتُمَا | تُضْرَبَانِ |
| أَنْتُمْ | ضُرِبْتُمْ | تُضْرَبُونَ |
| أَنْتِ | ضُرِبْتِ | تُضْرَبِينَ |
| أَنْتُمَا | ضُرِبْتُمَا | تُضْرَبَانِ |
| أَنْتُنَّ | ضُرِبْتُنَّ | تُضْرَبْنَ |