Mürebblər iki hissəyə bölünür
اَلْمُعْرَبَاتُ قِسْمَانِ
Müərrəb sözlər iki hissəyə bölünür: bir hissə hərəkələrlə, digər hissə isə hərflərlə müərrəb olur. Hərəkələrlə müərrəb olanlar dörd növdür: müfrəd isim, cəm təksir, cəm müənnəs salim və sonuna heç bir şey qoşulmamış muzari feil. Bunların hamısı dammə ilə raf olunur, fətə ilə nəsb olunur, kəsrə ilə xafz olunur və sükun ilə cəzm olunur. Bu qaydadan üç istisna çıxır: cəm müənnəs salim kəsrə ilə nəsb olunur, qeyri-münsərif isim fətə ilə xafz olunur və sonu xəstə olan muzari feil isə son hərfinin silinməsi ilə cəzm olunur. Hərflərlə müərrəb olanlar dörd növdür: təsniyə, cəm müzəkkər salim, əsmayi xamsə və əfali xamsə. Əfali xamsə bunlardır: يَفْعَلاَنِ, تَفْعَلاَنِ, يَفْعَلُونَ, تَفْعَلُونَ, تَفْعَلِينَ. Təsniyə rafda əliflə, nəsb və xafzda ya ilə olur. Cəm müzəkkər salim rafda vav ilə, nəsb və xafzda ya ilə olur. Əfali xamsə rafda nun ilə, nəsb və cəzm isə nunun silinməsi ilə olur.
Müərrəb sözlər iki hissəyə bölünür
Birincisi hərəkələrlə, ikincisi isə hərflərlə müərrəb olanlardır. Hərəkələrlə müərrəb olanlar: müfrəd isim, cəm təksir, cəm müənnəs salim və sonuna heç bir şey qoşulmamış muzari feildir. Bunların hamısı dammə ilə mərfu, fətə ilə mənsub, kəsrə ilə məcrur, sükun ilə məczum olurlar. Bunlardan cəm müənnəs salim kəsrə ilə mənsub, qeyri-münsərif isim fətə ilə məcrur, sonu xəstə olan muzari feil isə son hərfinin silinməsi ilə məczum olaraq bu üç isim yuxarıdakı dörd ifadə arasından ayrılmışdır. Hərəkələrlə müərrəb olan ifadələr təsniyə, cəm müzəkkər salim, əsmayi xamsə və əfali xamsə olmaqla dörd növdür. Əfali xamsə sigaları:
| Təsniyə müzəkkər qayıb |
|
|