İrab babı

بَابُ الْإِعْرَابِ

اَلْإِعْرَابُ؛ هُوَ تَغْيِيرُ أَوَاخِرِ الْكَلِمِ لِإِخْتِلاَفِ الْعَوَامِلِ الدَّاخِلَةِ عَلَيْهَا لَفْظًا أَوْ تَقْدِيرًا وَ أَقْسَامُهُ أَرْبَعَةٌ؛ رَفْعٌ وَ نَصْبٌ وَ خَفْضٌ وَ جَزْمٌ. فَلِلْأَسْمَاءِ مِنْ ذَلِكَ الرَّفْعُ وَ النَّصْبُ وَ الْخَفْضُ وَ لاَ جَزْمَ فِيهَا، وَ لِلْأَفْعَالِ مِنْ ذَلِكَ الرَّفْعُ وَ النَّصْبُ وَ الْجَزْمُ وَ لاَ خَفْضَ فِيهَا

اَلْإِعْرَابُ irab, هُوَ o irab ki, تَغْيِيرُ dəyişməsidir, أَوَاخِرِ sonlarının, الْكَلِمِ sözlərin, لِإِخْتِلاَفِ fərqli olmasına görə, الْعَوَامِلِ amillərin, الدَّاخِلَةِ عَلَيْهَا üzərinə daxil olmasına, لَفْظًا sözlə, أَوْ və ya, تَقْدِيرًا təqdirən, وَ أَقْسَامُهُ və irabın bölmələri; أَرْبَعَةٌ dörd; رَفْعٌ və نَصْبٌ və خَفْضٌ və جَزْمٌ, فَلِلْأَسْمَاءِ və isimlər üçün, مِنْ ذَلِكَ bu dörd əlamətdən, الرَّفْعُ ref, النَّصْبُ nasb, الْخَفْضُ cerr, وَ لاَ جَزْمَ فِيهَا cezm isə isimlər üçün deyil. وَ لِلْأَفْعَالِ və fel üçün, مِنْ ذَلِكَ bu dörd əlamətdən, الرَّفْعُ ref, النَّصْبُ nasb, الْجَزْمُ cezm, وَ لاَ خَفْضَ فِيهَا cerr isə fel üçün deyil.

İrab Babı

İrab: Müxtəlif amillərin sözlərin üzərinə daxil olması nəticəsində, sözlə və ya təqdirən, sözlərin sonunun (hərf və ya hərəkə baxımından) dəyişməsidir. İrabın bölmələri ref, nasb, cerr (hafza) və cezm-dir. Bu dörd əlamətdən ref, nasb, cerr (hafza) isimlər üçün, ref, nasb və cezm isə fel üçün nəzərdə tutulur. Yəni isim və fel arasında irab baxımından fərq budur ki, isim cezm halına malik deyil, fel isə cerr halına malik deyil. İsim meczum olmaz, fel mecrur olmaz.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › İrab babı
🎓
Xoş gəldiniz! Sual soruşun!