Ref əlaməti olaraq Nun
Muzari felinin axırına ref alaməti olaraq nun hərfi əlavə edilir, çünki felin axırı fail zamirinin qoşulması ilə sözün ortası mövqeyinə gəlir. Lakin yedribne felindəki nun belə deyil, bu nun fealne felində olduğu kimi tə'nis alamətidir. Buna görə də, iki tə'nis alaməti (nun və ya) bir araya gəlməsin deyə, fel ya hərfi ilə "tedribine" şəklində deyilir. Tedribine felindəki ya hərfi, daha əvvəl qeyd olunduğu kimi fail zamiridir.
وَ أُدْخِلَ daxil edildi, فِي آخِرِ الْمُسْتَقْبَلِ muzari felinin axırına, نُونٌ bir nun hərfi, عَلاَمَةً alamət olaraq, لِلرَّفْعِ ref halında, ref üçün, لِأَنَّ آخِرَ الْفِعْلِ çünki muzari felinin axırı, صَارَ oldu, بِإِتَّصَالِ ضَمِيرِ الْفَاعِلِ fail zamirinin qoşulması, بِمَنْزِلَةِ mövqeyində, وَسَطِ الْكَلِمَةِ sözün ortası, إِلاَّ ancaq belə deyil, yəni ref alaməti üçün əlavə olunmur, artıq mövcuddur, نُونُ يَضْرِبْنَ yedribne felinin nun'u, وَ هِيَ عَلاَمَةٌ لِلتَّأْنِيثِ bu yedribne felinin axırındakı nun tə'nis alamətidir, كَمَا فِي؛ فَعَلْنَ "fealne" misalındakı kimi, وَ مِنْ ثَمَّةَ يُقَالُ bu səbəbdən belə deyilir; بِالْيَاءِ ya ilə deyilir, حَتَّى لاَ يَجْتَمِعَ bir araya toplanmasın deyə, عَلاَمَتَا تَأْنِيثٍ iki tə'nis alaməti, yəni nun və ya, وَ الْيَاءُ فِي تَضْرِبِينَ və ya hərfi də "tedribine" felindəki ya hərfidir, ضَمِيرُ الْفَاعِلِ كَمَا مَرَّ daha əvvəl qeyd olunduğu kimi fail zamiridir ya hərfi
Mətnin Ümumi Mənası: Muzari felinin axırına ref alaməti olsun deyə nun hərfi əlavə edilir. Çünki muzari felinin axırı fail zamirinin qoşulması ilə sözün ortası mövqeyinə gəlir. Lakin "yedribne" felində olan nun belə deyil, bu nun "fealne" məzi felində olduğu kimi tə'nis alamətidir. Belə muzari felində iki tə'nis alaməti (nun və te) bir araya toplanmasın deyə muzari fel ya hərfi ilə "tedribine" şəklində deyilir. Tedribine (müfrəd müənnəs müxataba) felindəki ya hərfi daha əvvəl qeyd olunduğu kimi fail zamiridir. Tedribine felində başdakı te hərfi tə'nis üçün gəlir, buna görə felin lam-ul-feli olan be hərfindən sonra te deyil, ya hərfi gəlmişdir. Əgər o da te olsaydı, bir muzari felində iki tə'nis alaməti olardı, bu səbəbdən ya hərfi gəlmişdir. Tedribine felinin axırındakı nun isə ən başda deyildiyi kimi ref alaməti olaraq gələn nun'dur, nasb və cezm halında düşür.