Muzariat hərflərinin hərəkəsi
Bu hərflər yüngüllük üçün fətahlanıb, yalnız rubai bablarda istisnadır. Rubai bablar: فَعْلَلَ, أَفْعَلَ, فَعَّلَ və فَاعَلَ bablarıdır. Çünki bu dörd bab rubai sayılır və rubai isə üçlü babın bir qolu, törəməsidir. Damma da eyni şəkildə fətahın bir qolu, törəməsidir. Bir rəydə deyilir ki, bu babların muzari hərflərinin dammalı olması onların az işlədilməsinə görədir. Onlardan sonra gələn bablarda isə, yəni humasi və sudasi bablarda, hərf sayı çox olduğuna görə muzari hərfləri fətahlanır. يُهْرِيقُ felinə gəldikdə isə, onun əsli يُرِيقُ-dur və bu fel rubai babdandır, ha hərfi əlavə olunub, bu isə qaydanın əksinədir.
وَ فُتِحَتْ və fətahlanıb, هَذِهِ الْحُرُوفُ bu muzari hərfləri, لِلْخِفَّةِ yüngüllük üçün, إِلاَّ فِي الرُّبَاعِيِّ rubai bablarda istisna, وَ هُوَ və rubai bablar; فَعْلَلَ və أَفْعَلَ və فَعَّلَ və فَاعَلَ bablarıdır, لِأَنَّ هَذِهِ الْأَرْبَعَةَ çünki bu dörd vezin, رُبَاعِيَّةً rubai bablardır, وَ الرُّبَاعِيُّ rubai isə, فَرْعٌ لِلثُّلاَثِيِّ üçlü babın qolu, وَ الضَّمّ damma da, أَيْضًا eyni şəkildə, فَرْعٌ لِلْفَتْحِ fətahın qolu, وَ قِيلَ; deyilib ki; لِقِلَّةِ اسْتِعْمَالِهِنَّ az işlədildiklərinə görə, وَ يُفْتَحُ və fətahlanıb, فِي مَا وَرَائَهُنَّ onlardan sonra gələn, لِكَثْرَةِ حُرُوفُهِنَّ hərf sayı çox olduğuna görə, وَ أَمَّا يُهْرِيقُ və يُهْرِيقُ felinə gəldikdə; فَأَصْلُهُ يُرِيقُ əsli يُرِيقُ-dur, وَ هُوَ مِنَ الرُّبَاعِيِّ bu fel rubai babdandır, فَزِيدَتِ الْهَاءُ ha hərfi əlavə olunub, عَلَى خِلاَفِ الْقِيَاسِ qaydanın əksinə
Mətnin Ümumi Mənası: Rubai bablar istisna olmaqla muzari hərfləri yüngüllük üçün fətahlanır. Rubai bablarda (فَعْلَلَ, أَفْعَلَ, فَعَّلَ, فَاعَلَ) isə muzari hərfləri fətahlı deyil, dammalı olur. Çünki bu bablar rubai bablardır və rubai bab üçlü babın bir qolu, törəməsidir. Eyni şəkildə damma da fətahın bir qolu, törəməsidir. Bir rəydə deyilir ki, bu dörd babın muzari hərflərinin dammalı olması onların az işlədilməsinə görədir. Rubai bablardan sonra gələn, yəni humasi və sudasi bablarda hərf sayı çox olduğuna görə muzari hərfləri fətahlanır.