Muzariat hərflərindən Ya
ي hərfi qayıb üçün təyin olunub, çünki ي hərfi ağızın ortasından çıxır və qayıb elə bir kəlmədir ki, danışan və xitab edən arasında, kəlamın ortasında olur.
عُيِّنَتِ təyin olundu, الْيَاءُ ي hərfi, لِلْغَائِبِ müzekker qayıb üçün, لِأَنَّ الْيَاءَ çünki ي hərfi, مِنْ وَسَطِ الْفَمِ ağızın ortasından çıxır, وَ الْغَائِبُ هُوَ ألَّذِي qayıb elə bir kəlmədir ki, يَكُونُ فِي وَسَطِ الْكَلاَمِ kəlamın ortasında olur, بَيْنَ الْمُتَكَلِّمِ وَ الْمُخَاطَبِ danışan və xitab edən arasında
Mətnin Ümumi Mənası: Qayıb üçün ي hərfi təyin olunub. Çünki ي hərfi ağızın ortasından çıxır. Qayıb kəlmələr də kəlamda danışan və xitab edən arasında, ortada olur.