Muzariat hərflərindən Tə

وَ عُيِّنَتِ الْوَاوُ لِلْمُخَاطَبِ لِكَوْنِهِ مِنْ مُنْتَهَى الْمَخَارِجِ، وَ الْمُخَاطَبُ هُوَ ألَّذِي يَنْتَهِي الْكَلاَمُ بِهِ ثُمَّ قُلِبَتِ الْوَاوُ تَاءً حَتَّى لاَ تَجْتَمِعَ الْوَاوَاتُ فِي نَحْوُ؛ وَوَوْجَلُ فِي الْعَطْفِ وَ مِنْ ثَمَّةَ قِيلَ؛ اَلْأَوَّلُ مِنْ كُلِّ كَلِمَةٍ لاَ يَصْلُحُ لِزِيَادَةِ الْوَاوِ وَ حُكِمَ أَنَّ وَاوَ وَرَنْتَلٍ أَصْلٌ

وَ عُيِّنَتِ və təyin edildi, الْوَاوُ vav, لِلْمُخَاطَبِ müxatəb üçün, لِكَوْنِهِ olmasına görə, مِنْ مُنْتَهَى الْمَخَارِجِ məhrəclərin ən sonu, وَ الْمُخَاطَبُ və müxatəb, هُوَ ألَّذِي elə ki, يَنْتَهِي sona çatır, الْكَلاَمُ kəlam, بِهِ o müxatəb ilə, ثُمَّ قُلِبَتِ sonra çevrildi, الْوَاوُ vav hərfi, تَاءً te hərfinə, حَتَّى ki, لاَ تَجْتَمِعَ الْوَاوَاتُ vavlar bir arada toplanmasın, فِي نَحْوُ bu misalda olduğu kimi; وَوَوْجَلُ kimi, فِي الْعَطْفِ atıfta, وَ مِنْ ثَمَّةَ قِيلَ bundan dolayı deyilmişdir ki; اَلْأَوَّلُ əvvəli, مِنْ كُلِّ كَلِمَةٍ bütün sözlərin ki, لاَ يَصْلُحُ uyğun olmayan, لِزِيَادَةِ الْوَاوِ vav hərfinin artması ilə, وَ حُكِمَ və hökm verildi, أَنَّ وَاوَ vav hərfinin olmasına, وَرَنْتَلٍ misalının əvvəldə olduğu kimi, أَصْلٌ əsas olaraq

Mətnin Ümumi Mənası: Müxatəb muzari üçün muzariat hərfi olaraq vav hərfi təyin edilmişdir. Çünki vav hərfi məhrəclərin sonudur və müxatəb isə kəlamın özü ilə sona çatdığı şəxsdir. Burada müxatəb ilə vav hərfi arasındakı əlaqə, vav hərfi məhrəcin sonunda, müxatəb isə kəlamın bitdiyi şəxsdir. Müxatəb, mütəkəllimdən sonra danışdığı üçün kəlam özü ilə bitir. Sonra bu müxatəb muzari fel üçün gətirilən vav hərfi te hərfinə çevrildi ki وَوَوْجَلُ kimi bir ifadədə vavlar bir arada toplanmasın deyə. وَوَوْجَلُ ifadəsinin əvvəldəki vavı atıf üçün, ikinci vav isə müxatəb üçün gəlmişdir, əsli; وَ تَوْجَلُ şəklindədir. Buna görə əvvəldə vav olub da artıqlığa uyğun olmayan bütün sözlərdə وَرَنْتَلْ "Verantel" ifadəsindəki kimi vav hərfinin əsas olmasına وَوَوْجَلُ misalındakı kimi artıqlıq olmamasına hökm edilir deyilir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Muzariat hərflərindən Tə
🎓
Xoş gəldiniz! Sual soruşun!