Müxatəb və müxatəbələrin təsniyələri
وَ سُوِّيَ بَيْنَ تَسْتِيَتِيِ الْمُخَاطَبِ وَ الْمُخَاطَبَةِ وَ بَيْنَ الْإِخْبَارَاتِ لِقِلَّةِ الْإِسْتِعْمَالِ فِي التَّثْنِيَةِ. وَ وُضِعَ الضَّمَائِرُ الْإِيجَازِ وَ عَدَمِ الْإِلْتِمَاسِ فِي الْإِخْبَارَاتِ
وَ سُوِّيَ bərabər tutuldu, eyni oldu, بَيْنَ تَسْتِيَتِيِ الْمُخَاطَبِ وَ الْمُخَاطَبَةِ müxatəb və müxatəbə isimlərinin təsniyələri arasında, وَ بَيْنَ الْإِخْبَارَاتِ və ixbarlar arasında, yəni nəfs-i mütəkəllim sigalarında, لِقِلَّةِ الْإِسْتِعْمَالِ az istifadə olunduğuna görə, فِي التَّثْنِيَةِ təsniyələrdə. وَ وُضِعَ və qoyuldu, الضَّمَائِرُ zamirlər, الْإِيجَازِ icaz "qısalıq", وَ عَدَمِ الْإِلْتِمَاسِ qarışmaması üçün, فِي الْإِخْبَارَاتِ ixbarlarda, yəni nəfs-i mütəkəllimlərdə.
Mətnin Ümumi Mənası: Müxatəb və müxatəbə sözlərinin təsniyələri və nəfs-i mütəkəllimlər eyni sigada gəlir. Məsələn, ضَرَبْتُ və ya ضَرَبْتُمَا deyiləndə müzekkər-müənnəs fərqi yoxdur. Təsniyələrdə istifadə az olduğuna görə belədir. Nəfs-i mütəkəllimlərdə qarışıq olmaması və qısalıq üçün zamirlər qoyulmuşdur.