Kəlimə 3

وَ الْمُرَادُ بِالْمُفْرَدِ؛ مَا لاَ يَدُلُّ جُزْؤُهُ عَلَى جُزْءِ مَعْنَاهُ وَ ذَلِكَ، نَحْوُ زَيْدٌ: فَإِنْ أَجْزَاءَهُ وَ هِي الزّايُ وَ الْيَاءُ وَ الدَّالُ، إِذَا أُفْرِدَتْ لاَ تَدُلُّ عَلَى شَيْئٍ مِمَّا يَدُلُّ هُوَ عَلَيْهِ، بِخِلاَفِ قَوْلِكَ غُلاَمُ زَيْدٍ فَإِنْ كُلاًّ مِنْ جُزْأَيْهِ وَ هُمَا اَلْغُلاَمُ، زَيْدٌ، دَالٌّ عَلَى جُزْءِ مَعْنَاهُ، فَهَذَا يُسَمَّى مُرَكَّبًا، لاَ مُفْرَدًا

وَ الْمُرَادُ بِالْمُفْرَدِ müfrəddən murad odur ki, مَا لاَ يَدُلُّ onun hissəsi, جُزْؤُهُ sözün hissəsi, عَلَى جُزْءِ مَعْنَاهُ mənasının hissəsinə dəlalət etməsin. Misal olaraq, زَيْدٌ "Zeyd" sözü kimi. فَإِنْ أَجْزَاءَهُ bu Zeyd sözünün hissələri; وَ هِي o hissələr; الزّايُ za (z), وَ الْيَاءُ ya (y), وَ الدَّالُ və dal (d) hərfləridir. İndi bu Zeyd sözünü hissələrinə ayırdıqda, İذَا أُفْرِدَتْ yəni ayrı-ayrı götürüldükdə, لاَ تَدُلُّ عَلَى شَيْئٍ heç bir şeyə dəlalət etmirlər, مِمَّا يَدُلُّ هُوَ عَلَيْهِ Zeyd sözünün dəlalət etdiyi mənaya aid olaraq. بِخِلاَفِ قَوْلِكَ bu dediyinin əksinə olaraq; غُلاَمُ زَيْدٍ "Zeydin uşağı" tərkibi, مِنْ جُزْأَيْهِ iki hissəsindən, وَ هُمَا və onlar, اَلْغُلاَمُ uşaq, زَيْدٌ və Zeyd sözləridir. دَالٌّ bu sözlər mənanın hissəsinə dəlalət edir. عَلَى جُزْءِ مَعْنَاهُ mənasının hissəsinə. فَهَذَا belə sözlər ki, hissəsi mənasının hissəsinə dəlalət edir, يُسَمَّى adlandırılır, مُرَكَّبًا mürəkkəb sözlər kimi, لاَ مُفْرَدًا müfrəd kimi adlandırılmır.

Mətnin Ümumi Mənası: Müfrəddən murad odur ki, sözün hissəsi mənasının hissəsinə dəlalət etməsin. Misal olaraq Zeyd sözü kimi. Zeyd sözünü hissələrə ayırdıqda z, y, d hərfləri ortaya çıxır. Bu hərflər Zeyd sözünün dəlalət etdiyi mənaya dəlalət etmirlər. Lakin "Zeydin uşağı" tərkibi bu halın əksidir. Çünki bu tərkibin hər bir hissəsi, biri Zeyd, digəri uşaq sözləri "Zeydin uşağı" sözünün mənasına dəlalət edir. Buna görə də, sözün hissəsi mənasının hissəsinə dəlalət edən belə sözlərə müfrəd deyil, mürəkkəb sözlər deyilir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Kəlimə 3
🎓
Xoş gəldiniz! Sual soruşun!