Məhkî Sözlərin İrabı
Daha əvvəl hər hansı bir yerdə keçən kəlmə və ya cümləni öz ifadəsi ilə olduğu kimi götürüb hekayə etmək, yəni onu danışmaq və nəql etmək nəticəsində ortaya çıxan iraba mahki (hekayə edilmiş) irab deyilir.
|
"قُلْتُ "رَأْسُ الْحِكْمَةِ خَشْيَةُ اللهِ "Hikmətin başı Allah qorxusudur" dedim |
|
| فِعْلٌ مَاضٍ، مَبْنِيٌّ عَلَى السُّكُونِ لِإِتِّصَالِهِ بِضَمِيرِ رَفْعٍ مُتَحَرِّكٍ، لاَ مَحَلَّ لَهُ مِنَ الْإِعْرَابِ | قَالَ |
| Mazi feil, sonuna hərəkətli mərfu zamir qoşulduğu üçün sükun üzərində məbni, irabdan məhalli yoxdur | |
| ضَمِيرٌ مُتَّصِلٌ، مَبْنِيٌّ عَلَى الضَّمِّ، فِي مَحَلِّ رَفْعٍ فَاعِلٌ | تُ |
| müttəsil zamir, dammə üzərində məbni, fail olub rəf məhəlində | |
| فِي مَحَلِّ نَصْبٍ مَفْعُولٌ بِهِ | رَأْسُ الْحِكْمَةِ خَشْيَةُ اللهِ |
| məf'ulun bih olub nəsb məhəlində | |
Məsələdə deyilən cümlə hər hansı bir yerdə keçir və sitat gətirilərək yenidən deyilir. Bu halda ilk halı kimi qalır və yalnız cümlə daxilində məhəlli bir iraba tabe olur. Məhz belə hekayə olunan, yəni sitat gətirilərək danışılan cümlələrin irabına mahki irab deyilir.