Təqdiri İrab
Kəlmələrin sonlarında baş verən dəyişikliyin ləfzi irabın əksinə tələffüzə əks olunmaması və orada belə bir dəyişikliyin fərz edildiyi, yəni təqdir olunduğu vəziyyətə təqdiri irab deyilir. Quruluşuna görə təqdiri iraba ehtiyacı olan ləfizlər təəzzür, sıxlıq və münasibət hərəkəsi səbəbindən 3 halda təqdiri irab ilə irablanır.
Təəzzür Səbəbi ilə Təqdiri İrab
Sonu eliflə qurtaran və bu elifdən əvvəlki hərfin də fətəli olması halında belə bir mürəb ləfiz təqdiri irab ilə irablanır. Təqdiri irabı gərəkdirən şey təəzzür, yəni sondakı o elifin heç bir hərəkəni qəbul etməməsidir. Bununla yanaşı, sonunda elif-i məksura olan muzari feilərdə də eyni şəkildə heç bir hərəkəni qəbul etmədiyindən təəzzür səbəbi ilə təqdiri iraba malikdir. Sonu eliflə bitən məksur isimlər rafa, nəsb və cərr halında heç bir hərəkə dəyişikliyinə məruz qalmır, təqdiri irablanır. Lakin feilərdə yalnız rafa və nəsb halı təqdiri irabla irablanır, cəzm halında isə o ilət hərfi hazf olunur.
Təəzzür Səbəbi ilə Təqdiri İraba Məsələlər və İrabları
| Elif-i Məksura Alan İsmin Rafa Hali | ||||||
|
جَاءَ الْفَتَى Gənc gəldi |
||||||
| فِعْلُ مَاضٍ، مَبْنِيٌّ عَلَى الْفَتْحِ، لاَ مَحَلَّ لَهُ مِنَ الْإِعْرَابِ | جَاءَ | |||||
| Mazi feil, fətə üzərində məbni, irabdan məhalli yoxdur | ||||||
| فَاعِلٌ، مَرْفُوعٌ، وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الْمُقَدَّرَةُ فِي آخِرِهِ، مَنَعَ مِنْ ظُهُورِهَا التَّعَذُّرُ، لِأَنَّهُ اِسْمٌ مَقْصُورٌ | الْفَتَى | |||||
| Fail, mərfu, rafa əlaməti məksur isim olduğu üçün sonunda təəzzürdən dolayı aşkar olmayan müqəddər bir dammə ilədir | ||||||
|
||||||
| Elif-i Məksura Alan İsmin Nəsb Hali | ||||||
|
رَأَيْتُ الْفَتَى Gənci gördüm |
||||||
| فِعْلُ مَاضٍ، مَبْنِيٌّ عَلَى السُّكُونِ لِإِتِّصَالِهِ بِضَمِيرِ رَفْعٍ مُتَحَرِّكٍ، لاَ مَحَلَّ لَهُ مِنَ الْإِعْرَابِ | رَأَى | |||||
| Mazi feil, hərəkətli mərfu zamirin birləşməsi ilə sükun üzərində məbni, irabdan məhalli yoxdur | ||||||
| ضَمِيرٌ مُتَّصِلٌ، مَبْنِيٌّ عَلَى الضَّمِّ فِي مَحَلِّ رَفْعٍ فَاعِلٌ | تُ | |||||
| Müttəsil zamir, fail olub rafa məhəllində dammə üzərində məbnidir | ||||||
| مَفْعُولٌ بِهِ، مَنْصُوبٌ، وَ عَلاَمَةُ نَصْبِهِ الْفَتْحَةُ الْمُقَدَّرَةُ فِي آخِرِهِ، مَنَعَ مِنْ ظُهُورِهَا التَّعَذُّرُ، لِأَنَّهُ اِسْمٌ مَقْصُورٌ | الْفَتَى | |||||
| Məf'ulun bih, mənsub, nəsb əlaməti məksur isim olduğu üçün sonunda təəzzürdən dolayı aşkar olmayan müqəddər bir fətə ilədir | ||||||
|
||||||
| Elif-i Məksura Alan İsmin cərr Hali | ||||||
|
مَرَرْتُ بِالْفَتَى Gəncin yanından keçdim |
||||||
| فِعْلُ مَاضٍ، مَبْنِيٌّ عَلَى السُّكُونِ لِإِتِّصَالِهِ بِضَمِيرِ رَفْعٍ مُتَحَرِّكٍ، لاَ مَحَلَّ لَهُ مِنَ الْإِعْرَابِ | مَرَّ | |||||
| Mazi feil, hərəkətli mərfu zamirin birləşməsi ilə sükun üzərində məbni, irabdan məhalli yoxdur | ||||||
| ضَمِيرٌ مُتَّصِلٌ، مَبْنِيٌّ عَلَى الضَّمِّ فِي مَحَلِّ رَفْعٍ فَاعِلٌ | تُ | |||||
| Müttəsil zamir, fail olub rafa məhəllində dammə üzərində məbnidir | ||||||
| حَرْفُ جَرٍّ، مَبْنِيٌّ عَلَى الْكَسْرِ، لاَ مَحَلَّ لَهَا مِنَ الْإِعْرَابِ | بِ | |||||
| Hərf-i cərr, kəsrə üzərində məbni, irabdan məhalli yoxdur | ||||||
| مَجْرُورٌ بِالْبَاءِ، وَ عَلاَمَةُ جَرِّهِ الْكَسْرَةُ الْمُقَدَّرَةُ فِي آخِرِهِ، مَنَعَ مِنْ ظُهُورِهَا التَّعَذُّرُ، لِأَنَّهُ اِسْمٌ مَقْصُورٌ | الْفَتَى | |||||
| Ba hərf-i cərr ilə məcrur, cərr əlaməti məksur isim olduğu üçün sonunda təəzzürdən dolayı aşkar olmayan müqəddər bir kəsrə ilədir | ||||||
|
||||||