Əsma-i Sittənin İrabı

Əsma-i sitte, hərflərlə irab alan isimlərdəndir. Onun şərtləri əvvəl qeyd olundu. Əsma-i sitte olan sözlərin ref halları vav, nəsb halları əlif və cərr halları isə ya ilədir. 

Əsma-i Sittenin Ref Hali

جَاءَ أَبُوكَ

Atan gəldi

فِعْلٌ مَاضٍ، مَبْنِيٌّ عَلَى الْفَتْحِ، لاَ مَحَلَّ لَهُ مِنَ الْإِعْرَابِ جَاءَ
Mazi feil, fətə üzərində məbni, irabdan yeri yoxdur
فَاعِلٌ، مَرْفُوعٌ، وَ عَلاَمَةُ رَفْعِهِ الْوَاوُ نِيَابَةً عَنِ الضَّمَّةِ لِأَنَّهُ مِنَ الْأَسْمَاءِ السِّتَّةِ. وَ هُوَ مُضَافٌ أَبُو
Fail, mərfu, ref əlaməti əsma-i sittədən olduğu üçün dammədən əvəzinə vav ilədir və muzafdır
ضَمِيرٌ مُتَّصِلٌ، مَبْنِيٌّ عَلَى الْفَتْحِ فِي مَحَلِّ جَرِّ مُضَافٌ إِلَيْهِ كَ
Bitişik zamir, cərr yerində muzafun ileyh olaraq fətə üzərində məbnidir

Əsma-i Sittenin Ref Hali

إِغْسِلْ فَاكَ بَعْدَ كُلِّ طَعَامٍ

Hər yeməkdən sonra ağzını yu

فِعْلُ أَمْرٍ، مَبْنِيٌّ عَلَى السُّكُونِ، لاَ مَحَلَّ لَهُ مِنَ الْإِعْرَابِ. وَ فَاعِلُهُ ضَمِيرٌ مُسْتَتِرٌ وُجُوبًا تَقْدِيرُهُ أنْتَ إِغْسِلْ
Əmr feil, sükun üzərində məbni, irabdan yeri yoxdur, faili vacib şəkildə müstətir olan, təqdiri "əntə" olan zamirdir
مَفْعُولٌ بِهِ، مَنْصُوبٌ، وَ عَلاَمَةُ نَصْبِهِ الْأَلِفُ نِيَابَةً عَنِ الْفَتْحَةِ لِأَنَّهُ مِنََ الْأَسْمَاءِ السِّتَّةِ وَ هُوَ مُضَافٌ فَا
Məf'ulun bih, mənsub, nəsb əlaməti əsma-i sittədən olduğu üçün fətədən əvəzinə əlifdir və muzafdır
ضَمِيرٌ مُتَّصِلٌ، مَبْنِيٌّ عَلَى الْفَتْحِ فِي مَحَلِّ جَرِّ مُضَافٌ إِلَيْهِ كَ
Bitişik zamir, cərr yerində muzafun ileyh olmaq üzrə fətə üzərində məbnidir
ظَرْفُ زَمَانٍ، مَنْصُوبٌ عَلَى الظَّرْفِيَّةِ وَ هُوَ مُضَافٌ بَعْدَ
Zaman zərfi, zərfiyyət səbəbilə mənsub və muzafdır
مُضَافٌ إِلَيْهِ، مَجْرُورٌ، وَ عَلاَمَةُ جَرِّهِ كَسْرَةٌ ظَاهِرَةٌ فِي آخِرِهِ وَ هُوَ مُضَافٌ كُلِّ
Muzafun ileyh, məcrur, cərr əlaməti sonunda olan zahir kəsrədir və muzafdır
مُضَافٌ إِلَيْهِ، مَجْرُورٌ، وَ عَلاَمَةُ جَرِّهِ كَسْرَةٌ ظَاهِرَةٌ فِي آخِرِهِ طَعَامٍ
Muzafun ileyh, məcrur, cərr əlaməti sonunda olan zahir kəsrədir

Əsma-i Sittenin cərr Hali

يَأْتَمِنُ النَّاسُ بِأَخِيكَ

İnsanlar qardaşına güvənirlər

فِعْلٌ مُضَارِعٌ، مَرْفُوعٌ لِتَجَرُّدِهِ عَنِ النَّوَاصِبِ وَ الْجَوَازِمِ، وَ عَلاَمَةُ رَفْعِهِ ضَمَّةٌ ظَاهِرَةٌ فِي آخِرِهِ، لاَ مَحَلَّ لَهُ مِنَ الْإِعْرَابِ يَأْتَمِنُ
Muzari feil, cəzm və nəsb edənlərdən uzaq olduğu üçün mərfu, ref əlaməti sonunda olan zahir dammədir, irabdan yeri yoxdur
فَاعِلٌ، مَرْفُوعٌ، وَ عَلاَمَةُ رَفْعِهِ ضَمَّةٌ ظَاهِرَةٌ فِي آخِرِهِ النَّاسُ
Fail, mərfu, ref əlaməti sonunda olan zahir dammədir
حَرْفُ جَرٍّ، مَبْنِيٌّ عَلَى الْكَسْرِ، لاَ مَحَلَّ لَهُ مِنَ الْإِعْرَابِ بِ
Cərr hərfi, kəsrə üzərində məbni, irabdan yeri yoxdur
مَجْرُورٌ بِالْبَاءِ، وَ عَلاَمَةُ جَرِّهِ الْيَاءُ نِيَابَةً عَنِ الْكَسْرَةِ لِأَنَّهُ مِنَ الْأَسْمَاءِ السِّتَّةِ. اَلْجَارُّ وَ الْمَجْرُورُ مُتَعَلِّقَانِ بِفِعْلِ يَأْتَمِنُ، وَ هُوَ مُضَافٌ أَخِي
Ba cərr hərfi ilə məcrur, cərr əlaməti əsma-i sittədən olduğu üçün kəsrədən əvəzinə ya ilədir. Cərr və məcrur birlikdə "yə'təminu" feilinə bağlıdır və muzafdır
ضَمِيرٌ مُتَّصِلٌ، مَبْنِيٌّ عَلَى الْفَتْحِ، فِي مَحَلِّ جَرٍّ مُضَافٌ إِلَيْهِ ك
Bitişik zamir, cərr yerində muzafun ileyh olaraq fətə üzərində məbnidir
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Ərəbcədə İrab › Əsma-i Sittənin İrabı
🎓
Xoş gəldiniz! Sual soruşun!